Müharibə

Zaxarova: “Kommunikasiyaların açılması regiondakı qonşulara da fayda verəcək” – VİDEO

“Ermənistan və Azərbaycanın maraqları balansına əsaslanan kommunikasiyaların açılmasına dair razılaşmalar təkcə onlara deyil, həm də regiondakı qonşularına fayda verəcək”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bəyan edib.  Onun sözlərinə görə, söhbət Rusiya, Türkiyə və İrandan gedir. Zaxarova bildirib ki, məsələnin həlli Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi […]

İdman

Qattuzo Fransa klubunun baş məşqçisi oldu

Fransanın “Marsel” klubunun yeni baş məşqçisi bəlli olub. Bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb. Onun sözlərinə görə, Liqa 1 təmsilçisi italiyalı Cennaro Qattuzoya tapşırılıb. O, bu postda Marselinyonu əvəzləyəcək. Qeyd edək ki, Qattuzo son olaraq İspaniyada “Valensiya”nı çalışdırıb. Xeberal.az

Siyasət

ATƏT Daimi Şurası Azərbaycanın antiterror tədbirlərinin nəticəsi barədə məlumatlandırılıb

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Daimi Şuranın xüsusi iclasında çıxış edib. Bu barədə Rövşən Sadıqbəyli “X” platformasında yazıb. “ATƏT-in ümumi fəaliyyəti və mövcud çağırışlar barədə fikirlərimizi təqdim etdik. Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində demilitarizasiya prosesi barədə məlumat verdik. Həmçinin, Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən reinteqrasiya üçün […]

Cəmiyyət

Hərbçilərimizin yardım etdiyi 90 yaşlı erməni qadın: “Allah bizim millətin üstünə od töksün” – VİDEO

Azərbaycan Ordusunun hərbçilərinin xəstə erməni qadına kömək etdiyini əks etdirən görüntülər yayılıb. Videoda hərbçilərimiz adının Gözəl olduğunu deyən 90 yaşlı erməni qadını xəstəxanaya yerləşdirməyə razı salmağa çalışırlar. Daha sonra təcili yardım avtomobili vasitəsilə xəstəxanaya aparılan qadına lazımi tibbi yardım göstərildikdən sonra o, özünü yaxşı hiss etdiyini bildirir. Azərbaycanlılardan razı olduğunu vurğulayan qadın: “Allah bizim millətin […]

Siyasət

“Avropa İttifaqı bu dəfə Azərbaycanla bağlı ədalətli mövqe ortaya qoydu” – RƏY + FOTO

“Avropa İttifaqı Azərbaycan həqiqətləri barədə beynəlxalq hüquqa uyğun olan ədalətli mövqe ortaya qoydu”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat xatırladıb ki, həm 44 günlük Vətən müharibəsində, həm bir il əvvəl sentyabr hadisələri və bu günlərdə keçirilən birgünlük antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ərazilərin işğalçılardan təmizlənməsi məqsədi daşıyırdı: “Üç il […]

Siyasət

Zəfər parkına memorial abidə ucaldılacaq

Zəfər parkına doğru keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. APA xəbər verir ki, abidə iki güclü əlaməti – Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ […]

Siyasət

Ayxan Hacızadə: “Azərbaycan hər zaman mülki əhalinin qorunmasına sadiq olub”

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq antiterror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan hüquqları […]

Müharibə

Mədət Quliyev: “Azərbaycanda 800-dən çox yeni silah növü üzərində işlər aparılır”

“Hazırda Azərbaycanda 800-dən çox yeni silah növləri üzərində işlər aparılır”. “Trend”in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Mədət Quliyev deyib. “Lokal xarakterli antiterror tədbirlərində Azərbaycan istehsalı olan silahlardan istifadə edilib. Ümumilikdə isə bu antiterror tədbirlərində ən son texnologiya məhsulu olan silahlardan istifadə edilib”, – deyə o əlavə edib. Xeberal.az

Cəmiyyət

Səhiyyə Nazirliyinin canlı yayımı Vətən müharibəsinə həsr olunacaq – ANONS

Bu gün saat 15:00-da Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayım Vətən müharibəsinə həsr olunacaq. Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonaqları – Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov, Vətən müharibəsi veteranı Əzim Qafarov və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təcili Yardım Şöbəsinin müdiri travmatoloq Rəşad Bədəlovdur. Yayım ərzində mövzu ilə […]