Cəmiyyət

İki yaşlı Asimin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb – FOTO

İki yaşlı Asimin dəstəyə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Aynur Əzizova məlumat verib. O bildirib ki, övladı evdə bədbəxlikdən ağır yanıq xəsarətləri alıb. “Asimin iki yaşı var. Aprelin 14-ü evdə qaçarkən stola dəydi, stolun üzərindəki çaydan onun üzərinə aşdı. Həmin gün biz onu xəstəxanaya apardıq. Vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan […]

Cəmiyyət

Şirvanda qanunsuz quraşdırılan yol nişanları: Polis hərəkətə keçdi – AÇIQLAMA + FOTO

“Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları sökülüb”. Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib. O qeyd edib ki, daxil olan məlumat əsasında Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları DYP əməkdaşları tərəfndən müəyyən edilərək müvafiq tədbirlər görülüb. “Bir daha bütün hüquqi […]

İdman

“Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” “Neftçi”yə qarşı: XXXII turun daha üç oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Gəncə təmsilçisi 31 xalla 9-cu, “qırmızı qaralar” 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək. Günün ikinci duelində avrokuboklara […]

Dünya

Rusiyada zəlzələ olub

Rusiyanın Kuril adalarına yaxın ərazidə, Sakit Okeanda 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir. Xeberal.az

Dünya

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya) satıblar. Bu yaxınlarda ölkə Prezidenti Rebelo de Sousa bəyan etmişdi ki, Portuqaliya təzminat ödəməyin bir neçə yolunu nəzərdən keçirir. Bunlara […]

Dünya

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur – TƏHLİL + FOTO

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında konstruktiv mövqe sərgilədiyinə dair ümumi bir təsəvvür yaranmışdı. Lakin pərdəarxasındakı məqamlar gün işığına çıxmağa başladığı andan […]

Kriminal

Zaqatalada müştəri çayxana sahibinə 13 bıçaq zərbəsi vurub

Zaqatalada həmkəndlilər arasında düşən dava bıçaqlanma ilə nəticələnib. “Report”un məlumatına görə, hadisə rayonun Qandax kəndində baş verib. Belə ki, kənd ərazisində çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural Nurlan Muradovu bıçaqlayıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinədən sonra N. […]

Cəmiyyət

Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil ediləcək. İmtahanda 19716 nəfərin iştirakı gözlənilir. Onlardan 18420 nəfəri […]

Dünya

“WhatsApp”a yeni funksiya gəlir

Populyar “WhatsApp” mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün “Sevimlilər” bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özündə əlavə edə bilərsiniz. Yeni funksiya mühüm həmsöhbətlərdən gələn mesajları qaçırmamağa imkan verəcək. Funksiya gələcək proqram yeniləməsində Android əməliyyat sisteminə əsaslanan cihazlar […]

İdman

“Neftçi” azarkeşlərə müraciət etdi

“Neftçi” PFK azarkeşlərə müraciət edib. Oxu.Az xəbər verir ki, klub azarkeşləri tribunalara səsləyib: Müraciətdə deyilir:  “Əziz “Neftçi” azarkeşləri! Bizi qarşıda həlledici oyunlar gözləyir. Son beş döyüşdə azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırkı vacib məqamda “Neftçi” adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz […]