AKTUAL

Bakı səmasında parad hazırlığı – VİDEO

“Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri hazırlıq məqsədilə uçuşlar keçirir”. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına hazırlıq işləri davam edir. Parada hazırlıqla bağlı Azərbaycan Hərbi Hava Qüvvələri təlim uçuşları həyata keçirir. Bakı səmasında HHQ-nin hərbi helikopter və təyyarələrin […]

Müsahibə

Şəhid snayperçimizin qardaşı: “Onlarla ermənini dəqiq atəşlə məhv edib” – MÜSAHİBƏ + FOTO/VİDEO

44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda 2783 qəhrəman həyatını fəda etdi. Belə qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin snayperçi giziri Ələkbərov Bağır Əsəd oğludur. 25 yaşlı snayperçimiz onlarla erməni əsgərini məhv edib. Əslən Naxçıvandan olan snayperçi Bağır Ələkbərov hərbçi ailəsindən böyüyüb və atasının yolunu davam etdirib. Oktyabrın […]

Sosial

Baş infeksionistdən əhaliyə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov epidemioloji vəziyyətdən danışıb və bir sıra digər məqamlara aydınlıq gətirib. O bildirib ki, aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir: “Yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də, qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır. Vəziyyəti pisləşdirən hallar ondan ibarətdir […]

Tədbirlər

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsinə müraciətlərin qəbulu davam edir. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq […]

Siyasət

Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATI

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. O, dekabrın 4-də Aya Sofya məscid muzeyində çıxış edərkən bununla bağlı məlumat vermişdi. R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə dekabrın 10-da Bakının Azadlıq Meydanında təşkil olunacaq Zəfər paradında Azərbaycanın işğal altındakı torpaqlarını 30 il sonra azad edən qəhrəman əsgərləri salamlayacaq. Bundan başqa, “Haber Global”ın məlumatına […]

Dünya

Azərbaycanlının da olduğu gəmi Liviyada girov götürüldü

Liviyanın şərqində Türkiyəyə məxsus “Mebruka” yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib. Bu barədə Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari məlumat verib. Gəmi “qadağan olunmuş əraziyə girmək və çağırışlara cavab verməmək” iddiası ilə Ras əl-Hilal limanına aparılıb. Gəminin ekipaj üzvlərinin dənizçilik qaydalarına və qanunlarına zidd hərəkət etdiyi üçün […]

Ölkə

Müstəqillik tarixinin ilk Zəfər paradı – Yeniliklər nələr olacaq? – FOTO

Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq işləri davam edir. Bu məqsədlə Azadlıq meydanında xüsusi konstruksiyalar quraşdırılır, ərazi abadlaşdırılır. Bundan əlavə, “Azneft” dairəsində Azərbaycan bayrağını əks etdirəcək xüsusi lövhələr də yerləşdirilib. Müdafiə Nazirliyindən rəsmi olaraq bildirilib ki, qələbəyə həsr olunmuş hərbi parad dekabr ayının 10-da keçiriləcək. Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, […]

MARAQLI

Səmada 800 ildən bəri ilk dəfə fenomenal hadisəni müşahidə etmək mümkün olacaq – FOTO

Dekabrın 21-də fenomenal astronomik hadisə baş verəcək: 800 il ərzində ilk dəfə Yupiter və Saturn planetləri minimum məsafədə bir-birlərinə yaxınlaşacaq və parlaq bir “ikiqat planet” meydana gətirəcək. Bu barədə “Daily Mail” xəbər yayıb. Günəş sistemindəki ən böyük planetlərin yaxınlaşması nəticəsində meydana çıxacaq “Beytləhm (Vifleyem) ulduzu”nu gün batandan sonra dünyanın hər yerindən görmək mümkün olacaq. Hələ […]

Dünya

2020-ci ilin noyabrı meteoroloji müşahidələr tarixinin ən istisi kimi qeydə alınıb

Cari ilin noyabr ayı ötən ilin temperatur maksimumunu qıraraq yeni dünya rekorduna imza atıb. “Arqumentı i faktı”nın məlumatına görə, bu barədə Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Copernicus” fəza proqramının materiallarında deyilir. “Qlobal miqyasda 2020-ci ilin noyabr ayı meteoroloji müşahidələr tarixinin ən isti noyabrı oldu”, – deyə məlumatda bildirilir. Mütəxəssislərin fikrincə, bu ay 1981-ci ildən […]

Asiya

İranda Ayətullah Xameneinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlərə münasibət bildirilib

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin səhhətinin pisləşməsi barədə yayılan xəbərlər rəsmən təkzib edilib. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bundan əvvəl sosial şəbəkələrdə Ayətullah Xameneinin səhhətinin pisləşməsi və bununla əlaqədar səlahiyyətlərini təhvil verdiyi barədə məlumatlar yayılmışdı. Mövzu bəzi KİV-də qaldırılmışdı. “Fars” agentliyi bazar ertəsi rəsmi mənbəyə istinadla Ayətullah Seyyid Əli Xameneinin səhhətinin […]