Asiya

Türkiyə zəlzələnin görüntüləri yayıldı -VİDEO

Antaliyada baş verən zəlzələnin götürüləri yayılıb. Bu görüntüləri təqdim edirik: Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonu sahillərində 5.2 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 77 kilometr dərinlikdə baş verib. Zəlzələ Antalya və ətraf rayonlarda hiss edilib.

Təhsil

Karantin qaydalarını pozan təhsil müəssisəsinin rəhbəri həbs edildi – FOTO/VİDEO

Sumqayıt şəhərində Nazirlər Kabineti yanında operativ qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Obyektə baxış zamanı şagirdlərin sinif otaqlarında […]

Xarici siyasət

Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefonla danışıb. “RİA Novosti”nin məlumatına görə, bu barədə RF XİN-i xəbər yayıb. Bildirilir ki, xarici siyasət qurumunun rəhbərləri Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. “Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il 9 noyabr tarixli bəyanatının müddəalarının həyata keçirilməsini, o cümlədən tərəflərin […]

İncəsənət

Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb

Hollivud aktyoru Tom Kruz “Mission: Impossible” franşizasının son hissələrindən birində çəkiliş aparmaq üçün kosmosa uçmağı planlaşdırır. Bu barədə “The Sun” öz mənbəsinə istinadla xəbər yayıb. Aktyorun planının icrası üçün külli miqdarda pul xərcləməyə hazır olduğu və bu barədə artıq NASA nümayəndələri ilə danışıqlar apardığı qeyd olunur. Onlar da öz növbəsində Kruzu bu missiyanın olduqca mümkün olduğuna […]

İdman

Azərbaycan Premyer Liqasında “Qarabağ”ın oyunu da təxirə salındı

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Belə ki, “Qarabağ”ın heyətində yeddi futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün bu matç sabah baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək. […]

Sosial

Altı şəhər və rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verildi – FOTO

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm tarixi Zəfərin qürur və fərəhini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlərlə təminatı tədbirləri də davam edir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha altı şəhər və rayonda  – Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan […]

Müharibə

70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu – VİDEO

Xəzər TV Vətən Müharibəsində olan daha bir qəhrəmanımız barədə süjet hazırlayıb. Qəhrəmanımızın böyük nisgili və arzusu vardı – bir yaşı olarkən atasının qucağında tərk etdiyi Ağdama qalib zabit kimi dönmək! Bəlkə də, bütün fikrini xəyalına qovuşmaq üçün hazırlayırdı. Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olan Sənan Kərimov öyrəndiyi döyüş […]

Mədəniyyət

Ermənilər hərbi musiqini belə Türkiyə filmindən oğurlayırlar – AUDİO

Ermənistan Müdafiə Nazirliyinin təbliğat videolarında istifadə etdiyi musiqi, əslində, Türkiyəyə məxsus hərbi filmdən götürülüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Ermənistanın müdafiə qurumunun hərbçiləri ruhlandırmaq üçün hazırladıqları videolarda səsləndirilən musiqi “Kubilay” filmindən götürülüb. Müəllifi Mustafa Yazıcıoğlu olan musiqi əsərinin adı “Cəbhədə savaş”dır.

İqtisadiyyat

Suqovuşandan yeni görüntülər yayıldı: Elektrik stansiyaları isə… – RƏSMİ + VİDEO

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Suqovuşan” elektrik stansiyalarından görüntülər yayıb. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji  obyektləri mövcuddur ki, onlardan biri də Suqovşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarıdır (KSES). Onlardan birinin gücü 4,8, digərinin […]