Gündəm

Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi

Saatlı Rayon İcra Hakimiyyətində yeni təyinat olub. XəbərAl.az xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb. Əmrə əsasən, onun köməkçisi Əzizov Ruhid Seyidəzim oğlu vəzifəsindən azad olunaraq, Saatlı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyin edilib. Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra […]

Maqazin

Aparıcı Turan İbrahimov koronavirusa yoluxdu?

Aparıcı Turan İbrahimov sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edib. XəbərAl.az xəbər verir ki, aparıcı ətrafındakı hər kəsin koronavirusa yoluxmasından və bu virusdan qorunmaq üsulunun olmamasından şikayətlənib: “Özünüzü qoruyun deyirsiz.İş də orasındadır ki, bu virusa ən çox özünü qoruyanlar yoluxur və həyatını itirir. Ətrafımda virusa həssas yanaşan, titizlik göstərənlərin hamısı yoluxub. Odur ki, çalışın yaxşı qidalanın, […]

Sosial

190 manat yenidən veriləcək – QƏRAR

Ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım […]

İdman

Azərbaycan indi də idmanda Ermənistanı məğlub edir – VİDEO

Azərbaycan hərb meydanında olduğu kimi, indi də idman sahəsində Ermənistandan üstün olduğunu göstərir. Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan idmançıları artıq iki dəfə Ermənistandan olan həmkarlarından güclü olduğunu sübut edə bilib. Yunan-Roma güləşi üzrə yarışın gümüş medalçısı İslambəy Dadov 1/4 finalda sonradan bürünc medal qazanan, ötənilki dünya çempionatının mükafatçısı Slavik Qalstyana […]

Müharibə

Rusiya sülhməramlılarının özbaşınalığı — Kreml öz öhdəliklərini pozur — SKANDAL!

Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilib. XəbərAl.az bildirir ki, bu fakt Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub. Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verdiyini sual edir. […]

Sosial

Dərman satışını həyata keçirən sahibkarların nəzərinə – XƏBƏRDARLIQ

Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. Qurum dərman satışı həyata keçirən sahibkarlara müraciət edib. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi […]

Sənaye və energetika

“SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan “SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən istehsal edilə türkmən neftinin alınması üzrə tenderi udub. Bu barədə XəbərAl.az “Argus media”ya istinadən xəbər verir. Bununla da “SOCAR Trading” “Vitol” şirkəti tərəfindən Türkmənistanda 2017-ci ildən satın alınan neftin bir hissəsini portfelinə qaytarıb. Bu tenderin nəticəsinə görə “SOCAR Trading” neft bazarının […]

Ölkə

Bakıda daxili karantin postları fəaliyyətə başladı

Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb. XəbərAl.az xəbər verir ki, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub. Karantin postlarına Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun […]

Region

Cəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi – FOTO

10-13 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 müraciət daxil olub. ANAMA-dan bildirilib ki, daxil olmuş 17 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə […]

Dünya

ÜST-dən infeksiya riskinin artması barədə XƏBƏRDARLIQ

Xəstəxanalardakı su təchizatı problemləri ilə əlaqədar dünyada təxminən 1,8 milyard insanın COVID-19 və digər infeksiyalara yoluxma riski artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında qeyd edilir. ÜST-dən bildirilib ki, dünyada hər dörd tibb müəssisəsindən birində su təchizatı və hər üçüncüsündə lazımi əl gigiyena imkanları yoxdur: “Su, kanalizasiya və gigiyena səhiyyə işçilərinin və xəstələrin təhlükəsizliyi […]