Gündəm

Baş redaktor Mehriban Əliyevaya müraciət etdi – ÖVLADINA GÖRƏ-MƏTN

XəbərAl.az xəbər verir ki, “Xalqxeber.Az” xəbər portalının baş redaktoru qızının müalicəsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciəti təqdim edirik:   Hörmətli Mehriban xanım! Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir. […]

Xarici siyasət

Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının İkinci Üçtərəfli Görüşü keçirildi

İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşü keçirilib. XəbərAl.az xəbər verir ki, Üçtərəfli Görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub. Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

AKTUAL

Polad Həşimovun adı küçəyə verildi – Foto

Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. XəbərAl.az xəbər verir ki, şəhid general-mayorun adını bildirən lövhə artıq həmin küçəyə vurulub. Qeyd edək ki, General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.  Ona 9 dekabr 2020-ci il tarixində Prezident […]

Xarici siyasət

Lavrovla Ayvazyan arasında telefon danışığı oldu

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər yanvarın 11-də Moskvada imzalanan Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli razılaşmasının həyata keçirilməsini müzakirə ediblər.

Media

“Jurnalist və jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir” – Agentlik direktoru

“Jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa hazırda ehtiyac var. Biz müəyyən etməliyik, normativ hüquqi baza baxımından “media subyekti” anlayışı və media subyektlərinin bölgüsünü tam əhatə etməliyik”. XəbərAl.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində deyib. “Jurnalist və jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu anlayışlara aydınlıq […]

Siyasət

“Mümkünsüz kimi görünəni etdik“ – İlham Əliyev

“44 günlük müharibə regionda vəziyyəti dəyişdi”. XəbərAl.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, […]

Media

İslahatların hüquqi aspekti aktualdır – İnformasiya amilinə yanaşma və tələb dəyişməlidir

“Bütün sahələrdə olduğu kimi, media sahəsində də islahatların dərinləşməsinə ciddi ehtiyac duyulur. Çünki bu istiqamətdə boşluqlar var. Ümumən mənzərə hamıya kifayət qədər yaxşı məlumdur. İlk növbədə medianın qanunvericilik bazası təkmilləşməlidir, dövrümüzün tələbinə, çağırışlarına adekvat olmalıdır. Bu isə onu deməyə əsas verir ki, islahatların hüquqi aspekti aktualdır. Hesab edirəm ki, cənab İlham Əliyevin imzaladığı Fərman bu […]

Sosial

Toylar nə vaxtdan başlaya bilər? – AÇIQLAMA

“Sərt karantin rejimi gözlənilən kimi fayda verdi”. XəbərAl.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib. O, peyvəndləmə başlayandan sonrakı ilk bir neçə ayın nəticələri barədə də danışıb: “Sərt karantin rejiminin tətbiqindən sonra yoluxma sayında azalmalar müşahidə etdik. Üstəlik də peyvəndləmə başladıqdan, əhalinin böyük qrupu peyvəndləndikdən sonra biz artıq rahatlaşa […]

Ölkə

Bakıya qar nə vaxt yağacaq? – Ekologiya Nazirliyi açıqlama verdi

Bu qış da Bakı sakinləri qar üzünə həsrət qalıb. Baxmayaraq ki, hava soyuq və yağıntılı keçir, lakin qar həvəskarlarının gözləri hələ də yoldadır. Bəs paytaxta nə vaxt qar yağacaq? Bu və digər suallara aydınlıq gətirmək üçün Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosuna müraciət etdik. XəbərAl.az xəbər verir ki, qurumun direktoru Gülşad Məmmədova BAKU.WS-ə açıqlamasında bildirdi […]