İdman

Yunanıstan – Azərbaycan oyununun hakimləri bilindi

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan – Azərbaycan oyunu Niderlanddan olan hakimlərə tapşırılıb. Duelin birinci hakimi İbrahim Əl-Jilali, ikinci referisi isə Lars van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək. Qeyd edək ki, bu matç fevralın 2-də Afinada keçiriləcək.

Bölgə

Vasif Talıbovdan yeni təyinat

Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyinatı olub. XəbərAl.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu gün imzaladığı sərəncamla Fizzə Quliyeva Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru təyin olunub. 

Şou-Biznes

“Mağaza açıb, şirniyyat satacam” – müğənni Sevda Sanəliyeva

Müğənni Sevda Sanəliyeva “Xəbər-ətər” proqramında qonaq olub. XəbərAl.az xəbər verir ki, sənətçi şirniyyat evi açmaq istədiyini bildirib: “Mağaza açmaq istəyirəm. Özüm bişirib, satacağam. Amma içərisində yemək üçün stollar da olsun. Bu ideyamı gerçəkləşdirəcəm. İndi şirniyyat satmıram. Amma bişirəndə sosial şəbəkədə paylaşıram”. Sevda pandemiya ərəfəsində istirahət etdiyini söyləyib: “Əvvəl o qədər çalışırdıq ki, sağlamlığımıza fikir vermirdik. Pandemiyada […]

Maqazin

Taksi sürücüsü işləyən meyxanaçı Samirə: “Xanımlarınızı mənə etibar edə bilərsiniz”

Pandemiya səbəbindən toylarsız qalıb taksi sürücüsü işləyən sənətçi Samirə Yusifqızı “ARB TV”nin efirində maraqlı açıqlamaları ilə diqqət çəkib. XəbərAl.az bildirir ki, sənətçi efir vasitəsi ilə öz təklifini səsləndirib: “Bəylərin əksəriyyəti, xüsusən də dindarlar xanımlarını kişi sürücülərinə etibar etmək istəmirlər. Tam arxayınlıqla mənə güvənə bilərsiniz. Maşın sürməyimdə problem yoxdur, zəmanət verirəm. Çox istərdim mənə bu cür təklif […]

Müsahibə

“Vaksin ilk dozada öz təsirini dərhal göstərməyə bilər” – MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə vaksinasiya ilə bağlı müsahibə verib XəbərAl.az Azvision.az-a istinadla müsahibəni təqdim edir: – Azərbaycanda vaksinasiya prosesi artıq başlayıb. Peyvəndlənmə hansı mərhələlərlə həyata keçiriləcək? – İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. İkinci […]

Mədəniyyət

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış xatirə sikkəsi tədavülə buraxılıb. XəbərAl.az xəbər verir ki, gümüş pulun bir üzündə Azərbaycanın Zəfər rəmzi hesab olunan xarı bülbül simvolu, digər üzündə isə Azərbaycan xəritəsi, bayrağı, ay-ulduz və gerbi əks olunub. Gümüş sikkənin üzərində həmçinin Ağdam məscidi və Şuşa qalası da təsvir olunub. 50 manat dəyərində olan gümüş pul kolleksionerlərin istifadəsi […]

Gündəm

Azərbaycan yeni dronlar istehsal edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının rezidentinin istehsal etdiyi dronlar işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsində istifadə olunacaq. Bu barədə AMEA Yüksək Texnologiyalar Parkı məlumat yayıb. Bu güzəştlərdən yararlanan Yüksək Texnologiyalar Parkının rezidentlərindən olan “AZELTECH” şirkəti tərəfindən daha bir innovativ layihə – dronların istehsalı üçün hazırlıq işləri görülür. Bu dronlardan işğaldan azad olunmuş ərazilərimizdə […]

Dünya

Bağdadda onlarla insanın öldüyü terrorun görüntüləri – ANBAAN VİDEO

İraqın paytaxtı Bağdadda onlarla insanın ölümü ilə nəticələnən terror aktının baş verdiyi an kameralara düşüb. Bununla bağlı görüntüləri “Baza” “Telegram” kanalı yayımlayıb. Xatırladaq ki, Bağdadda Tayaran meydanında yerləşən bazarda iki partlayış baş verib. Nəticədə 31 nəfər ölüb, 70-dən çox insan yaralanıb. Partlayışlara səbəb kamikadzelərin özlərini partlatması olub. Ölü və yaralı sayının artacağı istisna edilmir.

Təhsil

Nazir: “Sabah çox vacib gündür”

“Sabah çox vacib gündür. Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin bərpası müzakirə ediləcək. Təhsil Nazirliyinin brifinqi sabah saat 12:00-a planlaşdırılır”. XəbərAl.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev bu fikiləri Təhsil Nazirliyi yanında İctimai  Şura və “Azedu Academy”nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirədə çıxışı zamanı bildirib.

Xarici siyasət

Azərbaycanla Türkmənistan arasında Memorandum imzalandı

21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. XəbərAl.az xəbər verir ki, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və […]