Dünya

İsrail Livanda “Hizbullah”ın iki komandirini öldürüb

İsrail Müdafiə Ordusu Livanda “Hizbullah”ın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirlərindən biri olan Xasin Əli Azkulu və qruplaşmanın “Raduan” xüsusi təyinatlı dəstəsi komandirlərindən sayılan Məhəmməd Xəlil Atiyanı öldürdüklərini təsdiqləyib. Məlumata görə, Xasin Əli Azkul İsrail sərhədindən 35 km aralı, Tir şəhərinin şimalında Əbu əl-Asuad və Adlun arasında avtomobildə gedərkən PUA-dan atılan raketlə vurulub. “Radvan” xüsusi təyinatlılarının […]

İdman

İran milli komandasının futbolçusu cəzalandırıldı: Matç zamanı qadın azarkeşi qucaqladığı üçün – VİDEO

“İstiqlal” klubunun və futbol üzrə İran milli komandasının qapıçısı Hosseyn Hosseyni ölkə çempionatının 23-cü turunda “Aluminium Arak” klubu ilə matç zamanı qadın azarkeşlə qucaqlaşdığı üçün cəzalandırılıb. İran qanunlarına görə, kişilərin ailədən olmayan qadınlara toxunması qadağandır. 31 yaşlı qolkiper matç zamanı özünü qaçaraq meydançaya atan qadın azarkeşi qucaqlayıb. Bu səbəbdən də Hosseyni İran Futbol Federasiyası tərəfindən […]

Kriminal

Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı – DETALLAR

25 iyul 2023-cü il tarixdə saat 4 radələrində Qubada qayınatasına məxsus evə gizli daxil olaraq, orada arvadı – 24 yaşlı Rəvanəni amansızlıqla qətlə yetirən 26 yaşlı Rəşadın telefonundan 1 saat 49 dəqiqəlik səs yazısı tapılıb. Publika.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyənləşdirilən səs yazısının həmin gecə lentə alındığı məlum olub. Səs yazısından Rəşadın hadisəni törətməsi […]

Siyasət

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

“Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib. “Hazırda əməkdaşlıq həm […]

İqtisadiyyat

Azərbaycan Prezidenti: “Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq”

“Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı”. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında […]

Siyasət

“COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq”

“Biz öz sədrliyimizə (COP29-a – red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, biz buna (Azərbaycanın […]

Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Bir neçə gün bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova prezidentlik vəsiqəsini Vladimir Putinə təqdim edib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Törətdiyi cinayəti etiraf etdi: Özünü öldürdü

Tovuzda intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Ruslan Rafiq oğlu Ələkbərov bu səhər yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini anası tapıb. Əldə edilən məlumata görə, R.Ələkbərov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. O, ötən gün oğurluq hadisəsinə görə polisə çağırılıbmış. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə […]

Siyasət

“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – Tarixi proseslər necə başladı? + FOTO

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi tarixə qızıl hərflərlə yazılmış misilsiz hadisə idi. Bu gün Cənubi Qafqazda cərəyan edən çox mühüm proseslərin, həmçinin rəsmi Bakının beynəlxalq aləmdə öz sözünü artıq qətiyyət və əminliklə deməsinin kökündə məhz həmin 44 günlük döyüşlər və onun tarixi nəticəsi dayanır. Qeyd etmək lazımdır ki, İkinci Qarabağ […]

Siyasət

Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”

“COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq”. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib. “Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut […]