İqtisadiyyat

COP29-un keçiriləcəyi məkan bilindi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub. Oxu.Az bildirir ki, tədbirin keçiriləcəyi məkan kimi Bakı Olimpiya Stadionu seçilib. Qeyd edək ki, COP29 bu il noyabrın 11-25-də baş tutacaq. Aytac Qasımova Xeberal.az

İqtisadiyyat

COP29-un loqosunun məzmunu bəlli oldu

COP29-un loqosunun ehtiva etdiyi məzmun bəlli olub. Oxu.Az bildirir ki, COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyəti özündə ehtiva edir. COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və […]

Hadisə

Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib – FOTOLAR

Bakı şəhər Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev 5 ünvanında yerləşən səki və kiçik yaşıllıq ərazi qanunsuz olaraq zəbt edilib.  XəbərAl.az xəbər verir ki, ərazidə yaşayan sakinlər iddia edirlər ki, yol kəsişməsində yerləşən yaşıllıq ərazi zəbt edilib və yerində obyekt tikmək istəyirlər. Ərazini Milli Məclisin deputatı Ülvi Quliyevin zəbt etdirdiyi iddia edilir.  Hasarlanan ərazi ilə bağlı […]

Cəmiyyət

Səhiyyə Nazirliyi: “Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıblar”

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi saxta müfəttişlərin sahibkarları cərimə ilə təhdid edərək yoxlama apardığı barədə məlumat yayıb. Nazirlikdən Oxu.Az-a verilən xəbərə görə, son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların […]

Dünya

Floridada meşə yanğını şəhərə doğru irəliləyir – VİDEO

ABŞ-nin Florida ştatında, Mayami-Deyd şəhərinə aparan magistral yolun kənarında yerləşən meşəlik ərazidə yanğın baş verib. Qeyd olunub ki, Mayami-Deyd Yanğınsöndürmə İdarəsi yanğına müdaxilə etməyə çalışsa da, alovun təsiri artmaqda davam edir. Yanğın nəticəsində şəhərin hər yerini qatı tüstü bürüyüb. Hələlik hadisənin digər təfərrüatı məlum deyil. Mənbə: Anadolu Xeberal.az

Cəmiyyət

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı

“Xalamın 37 yaşı var idi. Təbii gözəl idi. Qocalmamışdı. Sevənlərindən bir məktub gəlmişdi. Məktubda yazılmışdı ki, “çox gözəl xanımsınız, amma buxağınız sizi heç də gözəl göstərmir”. Xalam bu məktubdan sonra efirlərə çıxanda boynuna zinət əşyaları taxırdı, komplekslərdən bu yolla azad olmaq istəyirdi. Ağlına salmışdı ki, mütləq plastik əməliyyat olunacağam. Anam da, xalalarım da onu bu […]

Dünya

KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”

İranın İsrailə endirdiyi zərbələrdən sonra beynəlxalq aviaşirkətlər bazar ertəsi uçuşlarda fasilələrlə üzləşib. Məlumata görə, İranın İsrailə 300-dən çox raket və pilotsuz təyyarə ilə hücumu, əksəriyyəti ABŞ-nin dəstəklədiyi İsrail hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, bu da aviasiya sənayesində xaosa səbəb olub. “Qantas”, “Lufthansa”, “United Airlines” və “Air India” da daxil olmaqla, ondan çox aviaşirkət son […]

Cəmiyyət

Alça dərən yeniyetmələr həlak oldular: İmişlidə baş verən faciənin TƏFƏRRÜATI

İmişli şəhərində, 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. İmişli Rayon Təhsil Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, yeniyetmələrdən heç biri 5 nömrəli məktəb-liseyin şagirdi olmayıb: “2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlidə yaşayıb. 2014-cü il təvəllüdlü Fərid Vahid oğlu Məmmədov isə qonaq gəlib. O, Qubadlı məktəbinin 7-ci […]

Dünya

Malatyada avtobus aşdı: 22 yaralı var – FOTO

Türkiyədə Malatya-Elazığ avtomobil yolunun Pütürge yolayrıcında minik avtomobili ilə avtobus toqquşub. Toqquşmanın təsirindən avtobus aşıb. Məlumata görə, hadisə zamanı avtomobildə olan üç nəfər, avtobusda olan 19 nəfər yaralanıb. Hadisə yerinə polis, xilasetmə və tibb qrupları cəlb olunub. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Mənbə: TRT haber Xeberal.az

Cəmiyyət

Bakıda maşın qaçırıldı

Bakıda maşın qaçırılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, Yasamal rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Dadaşov avtomobillə saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az