Mədəniyyət

Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” – VİDEO

“Mənim həmişə səsim olub. 24-25 yaşımda həyat yoldaşımdan ayrıldım. Qohum-əqraba mənə çox təzyiq etdi ki, ayrılma. Ona görə mən qohumların 50 faizini itirdim. Düşündüm ki, oxumağa başlasam, onları tamamilə itirərəm. Mən də tək, kimsəsiz qız idim. Bir kasıb qardaşım var idi. İllər keçəndən sonra gəlib meyvə-tərəvəz satılan topdansatış yerində işlədim. Kartof təmizləyəndə bir mahnı oxumuşdum. Uşaqlar […]

Mədəniyyət

Xalq artisti bibisi Zeynəb Xanlarova ilə münasibətlərindən DANIŞDI

Xalq artisti Mehriban Xanlarova verilişlərin birində bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə münasibətləri barədə danışıb. Lent.az-ın məlumatına görə, o böyük bacısı ilə birlikdə Zeynəb Xanlarovanın evində yaşadığını deyib. “Üçüncü sinifdə oxuyanda böyük bacımla birlikdə Zeynəb Xanlarovanın yanında qalırdıq. Atam-anam lal-kar olduğuna görə evimizdə lal dilində danışılırdı. Mən heç nə başa düşmürdüm. Kimsə nəsə deyəndə gərək, işarə […]

Mədəniyyət

Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı müsabiqə elan edir

Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı Qərbi Azərbaycanın tarix və mədəniyyətinə müraciət etməklə mədəni irs və tarixi abidələrin dağıdılmasına diqqət çəkməklə yanaşı, onları təsviri sənət əsərlərində yaşatmaq imkanlarını nəzərə alaraq “Vətənim Qərbi Azərbaycan” mövzusunda müsabiqə elan edir. Oxu.Az xəbər verir ki, müsabiqə təsviri incəsənətin rəngkarlıq və qrafika növlərində keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd İrəvan […]

Mədəniyyət

Türkiyəli musiqiçi Sertap Erenerdən “Avroviziya” sürprizi – FOTO/VİDEO

2003-cü ildə “Avroviziya”da Türkiyəyə birincilik gətirən Sertap Erener uzun illərdən sonra yenidən mahnı müsabiqəsində səhnəyə çıxmağa hazırlaşır. Belə ki, o bu il tədbirin keçiriləcəyi İsveçdən dəvət alıb. Bu barədə məşhur ifaçı İstanbulda keçirdiyi konsertdə elan edib. Ulduzun sözlərinə görə artıq hazırlıqlara başlayıb. Sertap Erener yenə “Everyway That I Can” mahnısı ilə müsabiqəyə qatılacağını, ancaq bu dəfə fərqli […]

Mədəniyyət

Həbsdə olan sabiq vəzifəli şəxsin ailəsinə dələduzluq edən şəxslərdən xəbər var

Azərbaycan Dövlət nəfəs alətləri orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirovun ailəsinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Xanlar Məlikov və Əlifəttah Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası martın 12-nə təyin edilib. Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq. […]

Mədəniyyət

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı – FOTO

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadının portreti” tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyon manat) çox pul ödəyib. Rəsm 63×48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilib. Onun tarixi […]

Mədəniyyət

“Baletin şahzadəsi”: “Kaspi” qəzeti xalq rəqslərini səhnəyə gətirən Qəmər Almaszadəni xatırlayır – FOTO

Milli balet məktəbinin yaradıcılarından olan Qəmər Almaszadənin ölkəmizdə balet sənətinin inkişafında və təkmilləşməsində gördüyü işlər saysız-hesabsızdır. Yaxınları və tələbələri onu dərin hörmətlə anırlar.  Əfsanəvi balerina Qəmər Almaszadəni səhnədə görən, ondan dərs alan nə qədər insan var? Təəssüf ki, o insanlar hazırda barmaqla sayılacaq qədər azdır. Görkəmli balerina haqqında kitablar yazılıb, filmlər çəkilib. Onu “Baletin şahzadəsi”, […]

Mədəniyyət

Milli teatrımızın yaranmasından 151 il ötür

Bu gün Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur.  Oxu.Az xatırladır ki, XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə olub. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub. Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühüm rol oynayıblar. Bu tamaşa ilə Azərbaycanda […]