Mədəniyyət

Baba Vəziroğlu: “Bu gün 203 min manatla mağazaya girirəm, çıxanda pul qalmır”

“Bu gün 203 min manatla mağazaya girirəm, çıxanda pul qalmır”. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına 203 min manat vəsaitin ayrılmasına münasibət bildirən nasir, şair Baba Vəziroğlu Oxu.Az-a açıqlamasında deyib. Əməkdar incəsənət xadimi bu gün üçün həmin vəsaitin elə də çox olmadığını, hətta azlıq təşkil etdiyini deyib. Anar Rzayevin 35 illik sədrliyinə gəldikdə isə […]

Mədəniyyət

“Qorqud” Vikipediya Metodik Klubu “Şuşa İli”nə həsr olunmuş layihəni başa çatdırıb – VİDEO

“Qorqud” Vikipediya Metodik Klubu “Şuşa İli”nə həsr olunmuş layihəni başa çatdırıb. Klubun könüllüləri açıq ensiklopediyanın Azərbaycan və xarici dilli seqmentlərində Şuşaya həsr olunmuş 270-dən çox məqalə yerləşdiriblər. Şuşanın tarixi, mədəniyyəti, memarlığı, tanınmış elm və hərb adamları, ziyalıları, şəhidlərinə həsr olunmuş mövcud məqalələr yenilənib və redaktə olunub, 20-dən çox xarici dilə tərcümə edilib, yaxud yeniləri yaradılıb. […]

Mədəniyyət

Habil Əliyevin həyat yoldaşı onunla olan xatirələrindən DANIŞDI – VİDEO

“Habilin elə bir ürəyi var idi ki, küçədə bir uşağın əynindəki paltarı köhnə görəndə ağlayırdı”. Bunu Baku TV-də yayımlanan “Afa Garani ilə səmimi söhbət” verilişinin budəfəki buraxılışının qonağı Xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. “Həyatda ikinci ona tay olan həyat yoldaşı ola bilməz” deyən Şərqiyyə xanım mərhum sənətkarın övladlarının peşə seçimini özünün […]

Mədəniyyət

Səməd Vurğunun pianoçu nəticəsi Parisdə konsert verib – FOTO

Fransa paytaxtında yerləşən “Ecole Normale de Musique de Paris” (ENMP) konservatoriyasının məşhur “Salle Cortot” konsert zalında beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Vurğun Vəkilovun konserti keçirilib. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasından bildirilib ki, konsert zamanı istedadlı pianoçu Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarları Qara Qarayevin və Modest Musorqskinin əsərlərini ifa edib.  Bakıda anadan olan 23 yaşlı Vurğun Vəkilov “Ecole […]

Mədəniyyət

Bu gün Fransada Azərbaycanın 150 illik xalçası nümayiş olunacaq

Bu gün Fransanın Tuluza şəhərində Azərbaycanda toxunmuş, 150 ildən çox yaşı olan xalça nümayiş olunacaq. Bu barədə “Report” Fransa mətbuatına istinadən xəbər verir. Məlumata görə, onu 20 ildir kilim xalçaları toxumaqla məşhur olan həvəskar Loran Konsul nümayiş etdirəcək. “Mənim kilim xalçasına həvəsim gənclik illərində Türkiyəyə ilk səfərim zamanı başlayıb. Sonra tədricən xalçalarla maraqlanmağa başladım. Əvvəlcə ucuz hissələri […]

Mədəniyyət

Xanəndə Süleyman Abdullayev vəfat etdi

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib. Bu barədə “Report”a xanəndənin qızı Aygün Abdullayeva bildirib. Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır. Xanəndə oxuduğu muğamlarda klassik şairlərin – Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, […]

Mədəniyyət

Onu hər birimiz tanıyırıq, amma ilk dəfədir belə görürük – FOTO

Litvalı fotoqraf Eugeniyus Kavalyauskasın müsabiqə üçün çəkdiyi foto görənləri heyrətə gətirir. Qarışqa o qədər qorxunc görünüşə malikdir ki, bir çoxları ondan dəhşət filmləri üçün obrazlarda istifadə oluna biləcəyini deyib. “Nikon Small World Photomicrography Competition” müsabiqəsinə təqdim edilən görüntülər tənqidçilər və münsiflər heyəti tərəfindən də yüksək qiymətləndirilib. “Məni Yaradanın şah əsərləri və Allahın planlarını görmək fürsəti […]

Mədəniyyət

Şah Sultan Hüseyn məscidi bərpa ediləcək – FOTO

Şah Sultan Hüseyn məscidi bərpa ediləcək. Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 21-də Dövlət Xidmətinin dəstəyi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin iştirakı ilə Novxanı qəsəbəsində yerləşən Şah Sultan Hüseyn məscidinin ətrafında təmizlik […]

Mədəniyyət

Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək

Azərbaycan milli ifaçılıq məktəbinin inkişafında, xalq musiqisinin, muğamların tədrisi və təbliğində xüsusi xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək. Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.  Qeyd edək ki, 2022-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun […]

Mədəniyyət

Ləhiş bağlarında yerləşən tarixi məlum olmayan ovdanlardan FOTOREPORTAJ

Ləhiş bağlarının Nardaran kəndində olan ərazisində üç ovdan (su yığıb saxlamaq üçün qurulan yeraltı hovuz) yerləşir. Sözügedən Ovdanların tarixi və kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. PhotoStock.az-ın sözügedən ovdanlardan hazırladığı fotoreportajı təqdim edirik: Daha çox şəkil burada: Photostock.az Xeberal.az