Mədəniyyət

Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək – VİDEO

Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək. Bu barədə mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında məlumat verib. Nazir qeyd edib ki, beynəlxalq festival 18-26 sentyabrda təşkil olunacaq. Festivalda 14 ölkədən musiqiçilər iştirak edəcək. Avstriya, Bolqarıstan, Almaniya, Gürcüstan, Fransa, Macarıstan, Yaponiya, Qazaxıstan, Norveç, Rusiya, Cənubi Koreya, Türkiyə, ABŞ, habelə yerli musiqiçilər Bakı, […]

Mədəniyyət

60 illik yubileyi olan aktyor: “Yaman çox yaşadıq”

“Təhminə və Zaur” filmindən hamının yaxşı tanıdığı və “Spartak” kimi minlərlə tamaşaçının sevimlisi olan Əməkdar artist Füzuli Hüseynovun 60 yaşı tamam olub. Yubilyar Qaynarinfo-ya bu əziz günündə qanının qara olduğunu deyib: “Anam xəstədir, bir az dilxoram, indi rayona onun yanına gedirəm. Bu gün doğum günümdür, 60 yaşım tamam olur. Baxıram və deyirəm ki, adam bu […]

Mədəniyyət

Bu il keçiriləcək 17-ci Bakı Caz Festivalının tarixi AÇIQLANDI

Sentyabrın 23-dən 30-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Nazirlikdən Oxu.Az-a bildirilib ki, builki festivala 14 ölkədən onlarla tanınmış və istedadlı caz ifaçıları dəvət alıb. Bakı Beynəlxalq Caz Festivalı öz zəngin proqramı və qonaqları ilə bu il də tamaşaçıların zövqünü oxşayacaq. Belə ki, İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, […]

Mədəniyyət

Azərbaycanın Əməkdar rəssamı vəfat edib

Əməkdar rəssam Asif Azərelli vəfat edib. Bu barədə APA-ya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib. Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb. 1983-1984-cü illərdə […]

Mədəniyyət

Fransada Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb – FOTO

Fransanın paytaxtı Parisdə Azərbaycanın gənc rəssamlarının əl işlərindən ibarət rəsm sərgisinin açılışı keçirilib. “Report”un yerli bürosu bildirir ki, rəssam Nigar Nərimanbəyovanın təşkilatçıllğı ilə “İnternational Art Gallery”də baş tutan sərginin keçirilməsində məqsəd Azərbaycanı, ölkəmizin incəsənətini Fransada yaxından tanıtmaq, istedadlı azyaşlı rəssamların əl işlərini fransalı rəsm həvəskarlarına nümayiş etdirməkdir. Sərginin açılışında çoxlu sayda fransalı və xarici qonaqlar, […]

Mədəniyyət

Tatu ustası: “Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini zonasına tatu döydürürlər” – MÜSAHİBƏ + FOTO

Bu gün cəmiyyətdə geniş marağa səbəb olan və artıq gözlərin öyrəşdiyi bir ənənədən danışacağıq. Tarixi qədim olan döymə ənənəsi. Əslində bu bir qədər dəyişikliklərə uğrayaraq günümüzə gəlib çatıb, lakin bütün hallarda özündə müəyyən simvolizasiya ehtiva edir. Qədim yunanlılar və romalılar tatunu günahkarlar və kölələrə edirmişlər. Hər döymənin özünəməxsud anlamı, mistik mənası olub. Hətta bu müəyyən […]

Mədəniyyət

Qızı Xalq artistinin səhhətindən danışdı: “Testin cavabı müsbət oldu”

“Hazırda atamın vəziyyəti orta-ağır qalmaqda davam edir. Onun əsas problemi isə beyninə oksigenin getməməsidir”. Bizim.media xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən xanım deyib. O, koronavirusa yoluxan atasının 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında müalicəsini davam etdirdiyini bildirib. “Ötən gün atamda koronavirusun olub-olmadığını yoxlamaq üçün burnundan yaxma götürdülər. Testin nəticəsi isə müsbət oldu. […]

Mədəniyyət

Həftələrlə ac qaldı, teatrdan qovuldu, qızının ad günündə öldü – “Qırçı Məhəmməd”i kimlər satmışdı?

Bu gün aktyor Fazil Salayevin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir. Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır. Orta məktəbi yaxşı qiymətlərlə bitirən […]