Mədəniyyət

Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının 10 illiyi qeyd olundu – FOTO/VİDEO

Oktyabrın 26-da Bakıdakı Gülüstan sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – Latviya, Xorvatiya, Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Gürcüstanın sabiq prezidentləri və baş nazirləri və s. çıxış edib. “Hər birimiz ümumi işə öz töhfəmizi verir, təcrübəmizi cəmiyyətlə bölüşməyə hazırıq”, – […]

Mədəniyyət

Çingiz Abdullayevdən 203 min manatla bağlı suala cavab: “Bu sözü soruşmağa utanıb, ölmürsən?” – VİDEO

“Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Onları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Bu sözü məndən soruşmağa utanmırsınız?” “Report” xəbər verir ki, bunu Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın çoxluğu ilə bağlı iddialara cavab verərkən deyib. O bildirib […]

Mədəniyyət

54 gün erməni mühasirəsində qalmış azərbaycanlılarla bağlı “Parabüzən” filmi təqdim olunacaq – VİDEO

Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımız azad olundu. Birinci Qarabağ müharibəsi zamanı həmin torpaqlarda ermənilərin törətdiyi barbarlıq, vəhşilik, soyqırımı və faciələri təsdiqləyən bir çox sübut və dəlillər də üzə çıxdı. Həmin dövrdə 19 Azərbaycan vətəndaşı Laçın rayonunun işğalı zamanı 54 gün erməni mühasirəsində qalıb. Hadisələr 1993-cü ilin martın 31-dən mayın […]

Mədəniyyət

Prezident qurultay iştirakçılarına məktub göndərdi

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara təbrik məktubu göndərib. Oxu.Az xəbər verir ki, təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Müraciətdə deyilir: “Hörmətli qurultay nümayəndələri! Sizi Azərbaycan yazıçılarının XIII qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və gələcək […]

Mədəniyyət

Baba Vəziroğlu: “Bu gün 203 min manatla mağazaya girirəm, çıxanda pul qalmır”

“Bu gün 203 min manatla mağazaya girirəm, çıxanda pul qalmır”. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına 203 min manat vəsaitin ayrılmasına münasibət bildirən nasir, şair Baba Vəziroğlu Oxu.Az-a açıqlamasında deyib. Əməkdar incəsənət xadimi bu gün üçün həmin vəsaitin elə də çox olmadığını, hətta azlıq təşkil etdiyini deyib. Anar Rzayevin 35 illik sədrliyinə gəldikdə isə […]

Mədəniyyət

“Qorqud” Vikipediya Metodik Klubu “Şuşa İli”nə həsr olunmuş layihəni başa çatdırıb – VİDEO

“Qorqud” Vikipediya Metodik Klubu “Şuşa İli”nə həsr olunmuş layihəni başa çatdırıb. Klubun könüllüləri açıq ensiklopediyanın Azərbaycan və xarici dilli seqmentlərində Şuşaya həsr olunmuş 270-dən çox məqalə yerləşdiriblər. Şuşanın tarixi, mədəniyyəti, memarlığı, tanınmış elm və hərb adamları, ziyalıları, şəhidlərinə həsr olunmuş mövcud məqalələr yenilənib və redaktə olunub, 20-dən çox xarici dilə tərcümə edilib, yaxud yeniləri yaradılıb. […]

Mədəniyyət

Habil Əliyevin həyat yoldaşı onunla olan xatirələrindən DANIŞDI – VİDEO

“Habilin elə bir ürəyi var idi ki, küçədə bir uşağın əynindəki paltarı köhnə görəndə ağlayırdı”. Bunu Baku TV-də yayımlanan “Afa Garani ilə səmimi söhbət” verilişinin budəfəki buraxılışının qonağı Xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. “Həyatda ikinci ona tay olan həyat yoldaşı ola bilməz” deyən Şərqiyyə xanım mərhum sənətkarın övladlarının peşə seçimini özünün […]

Mədəniyyət

Səməd Vurğunun pianoçu nəticəsi Parisdə konsert verib – FOTO

Fransa paytaxtında yerləşən “Ecole Normale de Musique de Paris” (ENMP) konservatoriyasının məşhur “Salle Cortot” konsert zalında beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Vurğun Vəkilovun konserti keçirilib. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasından bildirilib ki, konsert zamanı istedadlı pianoçu Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarları Qara Qarayevin və Modest Musorqskinin əsərlərini ifa edib.  Bakıda anadan olan 23 yaşlı Vurğun Vəkilov “Ecole […]

Mədəniyyət

Bu gün Fransada Azərbaycanın 150 illik xalçası nümayiş olunacaq

Bu gün Fransanın Tuluza şəhərində Azərbaycanda toxunmuş, 150 ildən çox yaşı olan xalça nümayiş olunacaq. Bu barədə “Report” Fransa mətbuatına istinadən xəbər verir. Məlumata görə, onu 20 ildir kilim xalçaları toxumaqla məşhur olan həvəskar Loran Konsul nümayiş etdirəcək. “Mənim kilim xalçasına həvəsim gənclik illərində Türkiyəyə ilk səfərim zamanı başlayıb. Sonra tədricən xalçalarla maraqlanmağa başladım. Əvvəlcə ucuz hissələri […]

Mədəniyyət

Xanəndə Süleyman Abdullayev vəfat etdi

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib. Bu barədə “Report”a xanəndənin qızı Aygün Abdullayeva bildirib. Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır. Xanəndə oxuduğu muğamlarda klassik şairlərin – Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, […]