Mədəniyyət

Xalq artisti: “Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar”

“Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. “Alatava”da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyada öz obrazımın faciəsini də göstərə bildim. Bu xoşuma gəldi. Cəfər Cabbarlıdan qaynaqlanıb bir ssenari […]

Mədəniyyət

“YouTube”dan musiqisevərlər üçün əla xidmət: İnternetsiz də dinləmək olacaq

“Google”un musiqi striminq xidməti “YouTube Music” kompüterlərdə oflayn oxutmaq üçün mahnı yükləmək seçimini əlavə edib. Bu barədə “Android Polis” xəbər yayıb. Məlumata görə, bunun üçün “YouTube Music”in veb-versiyasında alboma və ya fərdi səhifəyə baxarkən “Kitabxanada saxla” düyməsi seçilməli və yükləmə indikatoruna basılmalıdır. Yadda saxlanılmış fayllar “YouTube Music”in “Kitabxana” səhifəsində “Yükləmələr” bölümündə olacaq. Mahnıların kataloqu istifadəçinin […]

Mədəniyyət

Əməkdar artist yıxılıb: Vəziyyəti ağırdır

Bir müddət əvvəl ölüm xəbəri ilə gündəmə gələn Əməkdar artist Kifayət Gəncəli xəstəxanaya yerləşdirilib.  Axşam.az-ın məlumatına görə, bu barədə aparıcı Elgiz Əkbər proqramında deyib. O bildirib ki, aktrisa yıxılıb və vəziyyəti pisdir: “Yıxılıb huşunu itirib. Heç kimi tanımırdı. Neçə gündür komada idi, ayılmırdı. İnsult keçirib. Həkimlə əlaqə saxladıq. Deyirlər ayılıb”. Xeberal.az

Mədəniyyət

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib. Xeberal.az

Mədəniyyət

Rafael İsgəndərov: “Rəhmətə getdi və bizi yetim qoydu” – VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb: “Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor və aktrisalara həsr olunur. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Aktyorlar evində tamaşaya dəvət olunmuşuq. Ayşadla burada cavanlığımız keçib, gözəl rollar […]

Mədəniyyət

Azərbaycan Qətərdə dezinformasiya ilə mübarizə aparır – TƏFƏRRÜAT + FOTO

Ötən həftə Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Bir sıra tədbirlər vasitəsilə yerli tamaşaçılar mədəniyyətimiz və incəsənətimizlə tanış olublar. Azərbaycan ilə Qətər arasında yeni əməkdaşlıq əlaqələri qurulub. Oxu.Az Mədəniyyət Günləri çərçivəsində hadisə yerində baş verən bütün tədbirlər barədə məlumat verib. Qətər Milli Kitabxanasında Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatını […]

Mədəniyyət

“CineMastercard” kinoteatrında “Apatiya” filminin imza günü keçirilib – FOTO/VİDEO

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında aktyor-rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi “Apatiya” filminin təqdimatı keçirilib. Oxu.Az xəbər verir ki, imza gününə gələn qonaqlar filmi yaradıcı heyətlə birlikdə izləyiblər. Sonra rejissor və komandası öz çıxışında tamaşaçılara təşəkkür edib. Hikmət Rəhimov “Apatiya”nın məqsədindən, onun verdiyi mesajdan danışıb. İmza günü maraqlı anlarla yadda qalıb. Gələn qonaqların […]

Mədəniyyət

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVIII əsrlər) də “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib. Xeberal.az

Mədəniyyət

83 yaşlı Al Paçino gənc sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb – FOTO

Aktyor Al Paçino gənc sevgilisi Nur Alfallah ilə görüntülənib. 83 yaşlı Al Paçino və 30 yaşlı Nur Alfallah italyan restoranında şam yeməyinə gediblər. Aktyor qara köynək, qısa palto, enli şalvar və çəkmə geyinib. Sənətçinin sevgilisi qara köynək, dəri gödəkçə, dar cins şalvar və çəkmələrlə ictimaiyyət qarşısına çıxıb. Qeyd edək ki, ötən il iyunun 16-da Al […]

Mədəniyyət

DİN-dən gizli əməliyyat: Narkobaronların yuvasına BASQIN – VİDEO

Baku TV-də “Duman” adlı sənədli film efirə gedib. Narkomaniya mövzusunda çəkilən filmdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatlardan bəhs olunub. Filmdə məşhur narkobaron və onun şəbəkəsi Baş Narkotiklərlə Mübarizə İdarəsinin apardığı əməliyyat nəticəsində ifşa edilib. İdarəyə əməliyyatın həyata keçirilməsində məxfi əməkdaş kömək edib. Onun apardığı müşahidələr əsasında narkotik şəbəkəsi daha […]