Mədəniyyət

Dohada Azərbaycan musiqisinin möhtəşəm qala-konserti olub – FOTO/VİDEO

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Dohada qala-konsert keçirilib. Oxu.Az -ın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini tamaşaçılara təqdim ediblər. Konsert […]

Mədəniyyət

Vera Brejneva Bakıda konsert zamanı keçmiş ərinə müraciət etdi – FOTO/VİDEO

Məşhur rusiyalı müğənni, “VIA Qra” qrupunun keçmiş üzvü Vera Brejneva Bakıda verdiyi konsert zamanı səhnədən keçmiş ərinə müraciət edib. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. O, mahnılara görə Konstantin Meladzeyə təşəkkür edib. “Təbii ki, bu mahnıların əksəriyyətinin müəllifinə, bu illər ərzində bu hitləri yaradana böyük təşəkkürümü bildirmək istəyirəm. Bu Konstantin Meladzedir, onsuz bu mahnılar sadəcə mövcud […]

Mədəniyyət

Dohada Azərbaycan musiqiçilərinin möhtəşəm konserti olub – FOTO/VİDEO

Fevralın 22-də Qətərin paytaxtı Dohada Azərbaycan musiqisindən ibarət konsert olub. Oxu.Az-ın məlumatına görə, konsert proqramına Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər Rüfət Xəlilzadə), eləcə də Ənvər Sadıqovun “Buta” etno-caz qrupunun ifaları daxil edilib. Azərbaycan ritmləri hər çıxışı gurultulu alqışlarla qarşılayan tamaşaçıları valeh edib. Alovlu rəqslər də heç kəsi […]

Mədəniyyət

Nizami və Füzuli ərəb dilində: Qətər Milli Kitabxanasında bir sıra tədbirlər keçirildi – FOTO

Fevralın 22-də Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətər Milli Kitabxanasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bir sıra tədbirlər keçirilib. “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb, Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub, həmçinin “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı musiqili-poetik tədbir keçirilib. Oxu.Az-ın məlumatına görə, tədbirdə […]

Mədəniyyət

Alimlər dünyanın ən təhlükəli ilanlarının zəhərlərinə qarşı universal antidot yaradıblar

ABŞ-nin Kaliforniya ştatındakı “Scripps Research” tibb institutunun mütəxəssisləri dünyanın ən təhlükəli ilanlarının, o cümlədən kral kobra və qara mambanın zəhərini zərərsizləşdirən preparat hazırlayıblar. Tədqiqat “Science Translational Medicine” (STM) elmi jurnalında dərc olunub. Antidot bir çox ilan növlərində olan əsas toksini bloklayan anticismə əsaslanır. Sözügedən kəşf geniş spektrli zülallardan istifadə etməklə insanın immunçatışmazlığı virusu (İİV) ilə […]

Mədəniyyət

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü təşkil olunub – FOTO

Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) Azərbaycanın Milli Günü keçirilib.  Oxu.Az xəbər verir ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisi “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (Green Desert, Better Environment) mövzusunda təşkil edilib. Məqsəd davamlı […]

Mədəniyyət

Anar: “Mövlud Süleymanlı ilə bağlı xatirələrimdə yazacağam”

“Yaxın dostumu itirdim”. Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib. A.Rzayev mərhumla bağlı xatirələrindən yazacağını qeyd edib: “Allah ona qəni-qəni rəhmət etsin. Çox üzgünük. Onunla bağlı xatirələrimdə yazacağam. İndi nə isə danışmaq çox çətindir. O, gözəl yazıçı, insan və dost idi. Onun əsərləri […]

Mədəniyyət

Orxan Fikrətoğlu: “Mövlud Süleymanlı Azərbaycan nəsrinin son azmanlarından idi”

“İctimaiyyət kimi itirdiyini anlamalıdır”. Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasimində iştirak edən yazıçı-jurnalist Orxan Fikrətoğlu deyib. O.Fikrətoğlu yazıçı ilə bağlı xatirələrindən danışıb: “Azərbaycan ictimaiyyəti, ədəbiyyatı üçün ağır itkidir. O, Azərbaycan nəsrinin son azmanlarından idi. Mifik təfəkkürün, türk düşüncəsinin və türk dilinin Azərbaycanda yaradılmasında böyük körpünün üzərindən keçən yazıçılardan biri idi. […]

Mədəniyyət

Mövlud Süleymanlının oğlu: “Şamaxıda anasının və qardaşının yanında dəfn olunacaq”

“Vəsiyyətini yerinə yetirmək borcumuzdur”. Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq yazıçısı Mövlud Süleymanlının kiçik oğlu Elay Balakişiyev deyib. O, yazıçının fevral ayının 5-də insult keçirdiyini qeyd edib:  “Dərhal xəstəxanaya yerləşdirdik. O gündən dünənə qədər komada idi. Müalicə ilə bağlı hər şey oldu. Sonda tab gətirə bilmədi. Saat 6-da zəng edib dedilər ki, atanız dərmanları qəbul […]