Mədəniyyət

Mədəniyyət Nazirliyində yeni TƏYİNAT

Mədəniyyət Nazirliyində kadr təyinatı olub. Oxu.Az-ın məlumatına görə, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb. Əmrə əsasən, Aynur Nurəddin qızı Kərimova Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinə müdir təyin olunub. Mədəniyyət Nazirliyindən məlumat saytımıza təsdiqlənib. Aynur Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili […]

Mədəniyyət

85 yaşlı Anar: “Gələcəklə bağlı yeni planlarım var”

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdür. 85 yaşı tamam olan Anar doğum günü ilə bağlı təəssüratını Modern.az-la bölüşüb. “Bu gün mənim 85 yaşım tamam olur, səhər saatlarından təbriklər gəlir, həm sənət dostlarım, həm oxucular təbrik edirlər. Məni xeyli adam təbrik edib Sizə də təbrikiniz və diqqətiniz üçün təşəkkür edirəm”, – deyə o […]

Mədəniyyət

Yaponiyalı “Selincer”, Nobel mükafatı laureatı Kenzaburo Oe vəfat edib – FOTO

Yaponiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kenzaburo Oe 88 yaşında vəfat edib. O, 1994-cü ildə “poetik gücü ilə reallıq və mifin birləşdiyi xəyali bir dünya yaradaraq bugünkü insan səfalətlərinin narahatedici mənzərəsini təqdim etməsinə” görə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdü. Nobel Komitəsi onun əsas əsərləri kimi “1860-cı ilin futbolu”nu (“The Silent Cry”), “M/T və Meşə […]

Mədəniyyət

Tələbəsi ilə evlədi, ölümünü hiss etdi – Həsən Əbluc haqqında maraqlı faktlar – FOTO

Bu gün tanınmış rejissor və aktyor, bədii qiraət ustası, Əməkdar artist Həsən Əblucun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında on maraqlı faktı təqdim edir. Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. […]

Mədəniyyət

Məşhur aktyor ona verilən evdən niyə imtina edib? – VİDEO

Kamal Sunal 10 noyabr 1944-cü ildə dünyaya gəlib. Ancaq doğum günü Mustafa Kamal Atatürkün ölüm gününə təsadüf etdiyi üçün ad gününü hər zaman 11 noyabrda qeyd edərdi. Uşaq yaşlarından ailəyə kömək etmək, ayaqqabı və kitab pulu toplamaq üçün işləyib. O, universiteti nə az, nə çox düz 27 ilə bitirib. Film karyerasının başlaması Zeki Alasyanın sayəsində […]

Mədəniyyət

Bu gün Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 98 il ötür

Azərbaycanın teatr və kino aktyoru, xalq artisti Səfərov Bəşir Səfər oğlu tarixin bu günü dünyaya gözlərini açıb. Oxu.Az xatırladır ki, Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşından dram dərnəyinə yazılıb. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar […]

Mədəniyyət

Tanınmış tarzən Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq – FOTO

“Azərbaycanın tanınmış tarzəni Mirzə Sadıqcanın Şuşada doğulub boya-başa çatdığı evi təmir olunacaq”. Bunu “Report”un Şuşaya ezam olunmuş müxbirinə Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılov deyib. Onun sözlərinə görə, bu ildən təmir-bərpa işlərinə başlanılacaq. Qeyd edək ki, Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqcanın (Mirzə Sadıqcan) yaşadığı ev XIX əsrə aiddir. […]

Mədəniyyət

10 ildən çoxdur unudulan mədəniyyət ocağının aqibəti necə olacaq? – AÇIQLAMA + FOTO

Ötən əsrin 90-cı illərində “Qarabağ” adı verilən kinoteatr binası acınacaqlı vəziyyətdədir. Oxu.Az xəbər verir ki, paytaxtın “20 Yanvar” küçəsində yerləşən “Qarabağ” kinoteatrının binası 10 ildən çoxdur baxımsız vəziyyətdədir. Hətta binada toyuq-cücə saxlandığı iddia edilir. Sözügedən kinoteatr 70-ci illərdə “Pioner” adı ilə fəaliyyətə başlayıb, daha sonra “Qarabağ” adlandırılıb. Binanın ətrafı hasarlanıb. İçərisində isə soyuqdan qorunmaq üçün bir […]

Mədəniyyət

Rüstəm İbrahimbəyovun qızı: “O da bu abidəni görsə idi, çox bəyənərdi” – FOTO

“Atam çox kreativ insan idi. Mən, Fuad da çox istəyirdik ki, abidə də kreativ olsun. Abidəni hazırlayan çox istedadlı Azər Zeynalovun işi həqiqətən layiqli işdir. O, bizim – mənim, Fuadın, həyat yoldaşımın fikirlərinə qulaq asdı və gözəl bir abidə yaratdı. Abidə də atam kimi kreativdir”. Teleqraf.com xəbər verir ki, bu fikirləri Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova […]

Mədəniyyət

Qızıl axtaranların talanı: Bakıda milyonçunun tarixi binası yerlə bir edilib – FOTO/VİDEO

Kürdəxanı kəndi, Ləhic bağları ərazisində qum səthi zaman-zaman oğurlanmış, tək-tək evlərin tikildiyi bir ərazidə damsız, divarları ovulmuş, miskin bir tikili adamı uzaqdan səsləyir. Üzərində heç bir nişan, heç bir lövhə yoxdur. Yerli insanların “Köhnə məscid” adlandırdıqları bu hündür, kimsəsiz tikilinin yanında zamana meydan oxuyan üç-dörd qəbirdaşı da var. Məhz həmin daşlardakı yazılar, adlar bizi bu abidə […]