İdman

Kuman “Barselona”da tətbiq etdiyi taktiki sxemdən danışdı

“Barselona”nın baş məşqçisi Ronald Kuman hazırda rəhbərlik etdiyi klubun niyə məhz 4-2-3-1 taktiki sxeminə üstünlük verdiyini açıqlayıb. R.Kumanın fikirlərini AS agentliyi dərc edib. “Baş məşqçi mənəm və nəzərdə tutduğum sistemim var. Heyətimizdə vinger yoxdursa, niyə geniş cinahlarla oynayaq? Fikrimcə, 4-2-3-1 oyunçuların keyfiyyətlərini nəzərə alaraq, bu, komandamız üçün ideal formadır”, – deyə niderlandlı mütəxəssis qeyd edib. “Komandada […]

Gündəm

Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başa çatıb. Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edib. Görüş 10 saatdan artıq davam edib. Görüşün yekunu ilə bağlı birgə Bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb. Lavrov bildirib ki, Rusiya […]

AKTUAL

Prezident Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını açıqlayıb

Sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vurulub”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib. Dövlət başçısı Ermənistanın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını açıqlayıb: “16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 ədəd “Uraqan”, 10 ədəd özüyeriyən artilleriya qurğusu (8 Aksiya, […]

Siyasət

İlham Əliyev: “Zəng edirsən, bütün dünya liderlərinin beynini xarab edirsən”

“Zəng edirsən, bütün dünya liderlərinin beynini xarab edirsən. Kim qaldı ki zəng edib, zəhləsini tökməsin? Məsləhət edərdim ki, bəlkə, şamanlara zəng eləsin, onlar ona kömək eləsin”. Bu barədə Prezident İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı deyib. “Paşinyan, bəlkə, hansısa uzaqda yaşayan qəbilə başçısına zəng eləsin, o, onun canını qurtarsın?! O, artıq “anekdot” personajına çevrilib. Açıb sosial […]

AKTUAL

Dövlət Təhlükəsizliyi Xidməti PUA-larla bağlı məlumat yaydı

Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağandır Cəbhə xəttində intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə maneə  törədir. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il […]

Cəmiyyət

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tədbir keçirdi

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində maliyyələşdirdiyi “İnsan alverindən zərərçəkmiş və zərərçəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasının həyata keçirilməsi” layihəsinin icra planına uyğun olaraq ,,”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Qadın və Uşaq” […]

Cəmiyyət

Sabahın havası: Duman olacaq, külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz  19-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 773 mm civə sütunu […]

Dünya

İtkin düşdüyü deyilən Qırğızıstan prezidenti tapıldı

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkekdədir və ölkədəki vəziyyəti qanuni yoluna qaytarmaq üçün bütün siyasi qüvvələrlə danışıqlar aparır. “RİA Novosti”nin məlumatına görə, bu barədə onun mətbuat xidmətinin rəhbəri Tolqonay Stamaliyev bəyan edib. Qeyd edək ki, ölkənin Təhlükəsizlik Şurası rəhbərinin müavini Omurbek Suvanəliyev “İnterfaks”a müsahibəsində S.Jeenbekovun və ölkənin baş naziri Qubatbek Boronovun yerinin məlum olmadığını bildirmişdi. O, təhlükəsizlik […]