“Barselona”nın baş məşqçisi Ronald Kuman hazırda rəhbərlik etdiyi klubun niyə məhz 4-2-3-1 taktiki sxeminə üstünlük verdiyini açıqlayıb.
R.Kumanın fikirlərini AS agentliyi dərc edib.
“Baş məşqçi mənəm və nəzərdə tutduğum sistemim var. Heyətimizdə vinger yoxdursa, niyə geniş cinahlarla oynayaq? Fikrimcə, 4-2-3-1 oyunçuların keyfiyyətlərini nəzərə alaraq, bu, komandamız üçün ideal formadır”, – deyə niderlandlı mütəxəssis qeyd edib.
“Komandada vəziyyət qaydasındadır, sahib olduğumuz heyətdən məmnunam. Biz onu yaxşılaşdırmağa çalışdıq, amma çox şey klubun maddi vəziyyətindən asılıdır. Bunu qəbul etməli və çox çalışmalıyıq”, – deyə R. Kuman fikrini tamamlayıb.