Cəmiyyət

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tədbir keçirdi

Sharing is caring!

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində maliyyələşdirdiyi “İnsan alverindən zərərçəkmiş və zərərçəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasının həyata keçirilməsi” layihəsinin icra planına uyğun olaraq ,,”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Qadın və Uşaq” Sığınacağındakı zərərçəkmişlərə gələcəkdə kiçik bizneslərini qurmaq üçün “Biznesi nədən başlamaq olar?” mövzusunda təlim keçdi. Təlimi Beynəlxalq Standartlar üzrə ölkənin tanınmış mütəxəsisi, Azərbaycan “Bureau De Qualite” şirkətinin direktoru Asif İbrahimov apardı. Təlimdə zərərçəkmişlərə “Hansı biznesi qursaz sizin üçün faydalı ola bilər?, “Biznes planın necə hazırlanır” mövzularında məlumat verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir