Cəmiyyət manset

Birinci vitse-prezident Kürdəxanıda 113 nömrəli məktəbdə – Foto

Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. XəbərAl.az xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.  

Hadisə manset

Bakıda piyadaların hərəkətinə nəzarət edən PPX əməkdaşlarının fəaliyyəti dayandırılıb – EKSKLÜZİV

Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən post-patrul xidməti əməkdaşlarının fəaliyyəti dayandırılıb. APA-nın əməkdaşının şəhərdə apardığı müşahidələr zamanı piyadaların hərəkətinə nəzarət edən və bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşlarının son günlər gözə dəymədiyi məlum olub. Bununla bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən […]

manset Region

Putin Azərbaycan sərhədinə gəldi: İrəvanı qorxuya salan MÜHARİBƏ DETALI

Rusiya prezidenti Vladimir Putin 1999-cu ildə Dağıstanda törədilmiş terror aktının 20 illiyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün Şimali Qafqaza səfər efib. Rusiya üçün terror aktı olaraq qəbul olunan bu hadisələr çeçen müharibəsi dövründə baş vermişdi və çeçenlər üçün bu, azadlıq müharibəsi idi. Yeltsinin dövründə Şimali Qafqazla bacara bilməyən Moskva Putinin hakimiyyətə gəlişindən sonra bölgəni […]

Hadisə Manşetüstü

Lerikdə ağır qəza: ölən və yaralananlar var

Lerikdə ağır yol qəzası baş verib. XəbərAl.az xəbər verir ki, sentyabrın 12-də saat 16 radələrində Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb. Lerik RPŞ tərəfindən araşdırma aparılır.

manset Siyasət

Prezident yeni mərkəzin açılışında – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. XəbərAl.az xəbər verir ki, dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Təhsil naziri Ceyhun Bayramov mərkəzdə yaradılan şəraitlə bağlı Prezident İlham Əliyevə məlumat verib.  

Cəmiyyət Manşetüstü

İcma rəhbəri çağırış etdi

“Qondarma, cinayətkar, xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədiylə öz işğal nəticələrini “legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”. Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, separatçı rejim bunun üçün qondarma seçkilər […]

Cəmiyyət manset

Polis gücləndirilmiş rejimə keçir – Nazir əmr imzaladı

Respublikanın daxili işlər orqanları yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, sentyabrın 16-da yeni dərs ilinin başlaması ilə əlaqədar respublikanın bütün rayonlarında, həmçinin Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin […]

Dünya manset

Oğru həbsxanada olmalıdır, Maldiv adalarında yox – Zelenski

Xoşbəxtlik oğrunu həbsxanada görməkdir, Maldiv adalarında yox. XəbərAl.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O, daha sonra deyib: “Bizə nə qədər inanmırlarsa, bizdə bir o qədər yaxşı alınır. Bu, prezident seçkiləri zamanı da, deputat toxunulmazlığının ləğvi ilə də bağlı elə oldu. Korrupsiyanı aradan qaldırmaqla bağlı da elə olacaq”. Prezident Ukraynanın […]

Kriminal manset

Keçmiş icra başçısının məhkəməsi başladı

Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. XəbərAl.az xəbər verir ki, Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttahama münasibət bildirən Ramiz Yedigarov özünü təqsirli bilməyib. Növbəti proses sentyabrın 19-da davam edəcək. İstintaq orqanı tərəfindən Ramiz Yediyarovun barəsində Cinayət Məcəlləsinin […]

Dünya manset

Moskva Su-35-ləri İstanbula göndərir

Rusiya Türkiyənin İstanbul şəhərində 17-22 sentyabr tarixlərində keçiriləcək “Texnofest” texnologiya festivalına bir neçə təyyarə, o cümlədən Ankaranı maraqlandıran çoxfunksiyalı Su-35 qırıcılarını göndərməyi planlaşdırır. XəbərAl.az xəbər verir ki, bu barədə TASS yazıb. “Festival çərçivəsində Atatürk hava limanına Rusiyadan MC-21, “Sukhoi Superjet 100” avialaynerləri, “Be-200” amfibiya təyyarəsi və bir çoxfunksiyalı Su-35 qırıcısı göndərilməsi gözlənilir”, – agentliyə danışan […]