Siyasət

Mövlud Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz dəstəklənməlidir” – FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatılıb. M.Çavuşoğlu bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb. Türkiyənin Xarici İşlər naziri ölkəmizin Qarabağla bağlı mövqeyini dəstəkləyərək vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.  

İqtisadiyyat

Azərbaycanda xarici vətəndaşların apardığı əməliyyatların həcmi azalıb – FOTO

2020-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib. XəbərAl.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. 2020-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 354,2 milyon manatlıq əməliyyat aparıb. Bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı yaranan vəziyyət […]

Dünya

Parisdə maçeta ilə silahlanmış şəxsin yoldan keçənlərə hücumunun qarşısı alındı – VİDEO

Parisdə “Per-Laşez” metrosu yaxınlığında maçeta ilə silahlanmış şəxs saxlanılıb. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, polis hadisə ilə əlaqədar bir neçə küçəni bağlayıb. İlkin məlumatlara görə, soyuq silahlı kişi yoldan keçənlərə hücum etmək istəyib, sonra isə binaların birində gizlənib. Hüquq mühafizə orqanlarının əməkdaşları artıq onu saxlayıblar. Zərərçəkənin olmadığı vurğulanıb.

Cəmiyyət

Prezidentin köməkçisindən hərbi məlumat ötürənlərə XƏBƏRDARLIQ

“Bəzən müxtəlif VPN-lər vasitəsilə sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırırıq. Dəqiqləşdirilməmiş məlumatları yaymaq olmaz”. Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, əsgərlərin döyüş tapşırığı, yerləşdikləri yerlərlə bağlı hər hansı məlumatların verilməsi hərbçilərimizin həyatını riskə ata bilər: “Bu tələskənlik əsgərlərin həyatı bahasına başa […]

İqtisadiyyat

Azexport.az-a 462,4 milyon dollarlıq ixrac sifarişləri daxil olub – FOTO

2020-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 462,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. XəbərAl.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib. 2020-ci ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33  milyon ABŞ dollarını təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz […]

Müharibə

Ermənistanın Xocavənd istiqamətində alay komandiri fərarilik etdi: Hərbi qulluqçuları itkin düşdü

Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.

Cəmiyyət

Vilayət Eyvazov polkovniki vəzifəsindən azad etdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə, o, Xəzər RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Cəmiyyət

Yoxlamalar zamanı 164 ictimai iaşə obyektində, 18 mehmanxanada nöqsanlar aşkarlanıb

Oktyabrın 26-dan noyabrın 1-nə qədər olan müddətdə ölkə üzrə ictimai iaşə obyektlərində 3992 və mehmanxanalarda 419 monitorinq keçirilib. Monitorinqlər zamanı ictimai iaşə obyektlərində 164 nöqsan, mehmanxanalarda isə 18 nöqsan aşkar olunub. Bu barədə Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, ictimai iaşə obyektlərində aşkar edilmiş nöqsanların 80 faizi işçilərin tibbi maskadan […]

MARAQLI

Haqqında film çəkilən amansız qatil əməllərini 30 il sonra etiraf etdi – FOTO

Cənubi Koreya sakini 14 qız və qadını qətlə yetirdiyini məhkəmədə etiraf edib. Eyni zamanda, əvvəllər ondan şübhə duyulmamasına təəccübləndiyini bildirib. Bu barədə CNN xəbər verir. Məhkəmədə çıxışı zamanı o həmin cinayətlərə görə tutulan Yon adlı kişidən üzr istəyib. “Əsl cinayətkar mənəm. Mənim cinayətlərimə görə, səhvən tutulan cənab Yondan da üzr istəyirəm… Ancaq niyə məndən şübhələnmədiklərini hələ də anlamıram. […]