MARAQLI

Haqqında film çəkilən amansız qatil əməllərini 30 il sonra etiraf etdi – FOTO

Cənubi Koreya sakini 14 qız və qadını qətlə yetirdiyini məhkəmədə etiraf edib. Eyni zamanda, əvvəllər ondan şübhə duyulmamasına təəccübləndiyini bildirib. Bu barədə CNN xəbər verir. Məhkəmədə çıxışı zamanı o həmin cinayətlərə görə tutulan Yon adlı kişidən üzr istəyib. “Əsl cinayətkar mənəm. Mənim cinayətlərimə görə, səhvən tutulan cənab Yondan da üzr istəyirəm… Ancaq niyə məndən şübhələnmədiklərini hələ də anlamıram. […]

AKTUAL

Ermənistan işğaldakı ərazilərimizdə terror təşkilatı yaradıb – RƏSMİ + FOTO

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb. Həyata keçirilən bu tədbirlərin davamı kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə […]

Gündəm

İlham Əliyev: “Daha səkkiz kənd işğaldan azad olundu” – FOTO

Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad etdi. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazıb. “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.  

Cəmiyyət

Əmlakını qeydiyyata almaq istəyənlərin NƏZƏRİNƏ

Növbəti səyyar sənəd qəbulunun vaxtı açıqlanıb. Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu noyabrın 4-ü Xətai rayonu, M.Hadi küçəsi, 2944A ünvanında keçiriləcək. Digər səyyar sənəd qəbulu noyabrın 6-da isə Xətai rayonu, G.Şıxlınski küçəsi 2942b […]

Cəmiyyət

Sabahın havası: Duman, külək, yağış…

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 […]

Hadisə

Bakıda su quyusu qapaqlarını oğurlayanlar tutuldular

Bakıda su quyularının qapaqlarını oğurlayan şəxslər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də rayon ərazisində 5627 manat dəyərində 44 ədəd su quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Fərəcov, Ş.Əzimov və qardaşı tutulublar.

MARAQLI

Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb – FOTO

Elm adamları Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapıblar. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib. Bildirilir ki, 2012-ci ildə yerə düşən “NWA 7533” meteoritinin mineral tərkibi suya xas olan oksidləşmə əlamətləri göstərib. Əvvəllər elm adamları suyun Qırmızı Planetdə 3.7 milyard il əvvəl meydana gəldiyini fərz edirdilər. Yeni bir araşdırmaya görə, bu, ən az 700 […]

Dünya

Tailand kralı son 40 ildə ilk dəfə müsahibə verib

Tailand kralı Maha Vatçiralonqkon (X Rama) bazar günü axşam Banqkok və Tailandın digər şəhərlərindəki etirazlara münasibət bildirib. “RİA Novosti” xəbər verir ki, bu, kralın 40 ildən sonra verdiyi ilk müsahibəsidir. Əvvəlcə “Şərh yoxdur” deyən monarx sonra üç dəfə ingilis dilində “Onsuz da onları sevirik”, – deyib. O, jurnalistin Tailandın etirazçılarla kompromisə gedib-getməyəcəyi sualını da cavablandırıb: […]

Mədəniyyət

Məşhur italiyalı aktyor vəfat etdi

Məşhur italiyalı aktyor Cici Proyetti 80 yaşında vəfat edib. Bu barədə “Messaggero” nəşri məlumat yayıb. Qeyd olunur ki, aktyor ad günündə Roma şəhərindəki xəstəxanalardan birində vəfat edib. O bir müddət əvvəl ürəyindəki ağrılardan şikayətləndiyi üçün xəstəxanaya yerləşdirilmişdi. C.Proyetti əsasən komediya filmlərində oynadığı rollarla və televiziya aparıcısı kimi məşhurluq qazanıb.