Asiya

Türkiyə və Yunanıstan arasında danışıqlar baş tutdu

Sharing is caring!

Türkiyə və Yunanıstan arasında danışıqlar baş tutub.

XəbərAl.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib ki, tərəflər Egey və Şərqi Aralıq dənizi ilə bağlı, eləcə də digər regional məsələlərlə bağlı müzakirələr aparıblar.

Görüş bu gün İstanbulda yerli vaxtla saat 11:00-da başlayıb. Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edib. Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın və Türkiyə XİN-in İkitərəfli Siyasi Əlaqələr və Dənizçilik, Aviasiya, Sərhəd Baş direktoru, səfir Çağatay Erciyes də danışıqlarda iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir