Ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, respublikanın rayonlarında mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir. “Yağıntıların intensivliyi azalıb. Bu gün günün ikinci yarısı və axşama doğru küləyin sürətinin zəifləməsi proqnozlaşdırılır”, – Xidmət rəisi əlavə […]
G7 (Böyük Yeddilik) ölkələrinin inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün alyans yaratmağa razılaşıblar. Alyans dünya əhalisini təmin etmək üçün dövlətlərin həm maliyyələşdirilməsini, həm də əməkdaşlığını təşkil etməlidir. Qeyd olunur ki, indi xüsusilə Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən təhlükə mövcuddur. Mayın 18-də Berlində keçirilən görüşdə Almaniyanın İnkişaf naziri Svenya Şulze G7-ni Ukraynadakı […]
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yağışlı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən […]