Araşdırma

Nizami rayonunda köhnələr “at oynadır”- Gecikən kadr islahatı

Sharing is caring!

Xəbər verdiyimiz kimi, bir neçə ay öncə prezidentin sərəncamı ilə, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Amma nədənsə Coşqun Cəbrayılov iş otağından kənara çıxmır.

Xəbəral.az– ın araşdırmasına görə,son günlər təyin olunan icra başçılarından ən zəif fəaliyyət göstərənlərdən biri hesab olunur.Demək olar ki, Nizami rayonu köhnə qaydalar ilə idarə olunur.Eks icra başçının adamları tədbirlər edir, görüşlər keçirir.Rayonda eyni qayda ilə at oynadırlar.

Nizami rayonunda gözlənilən kadr islahatları gecikməkdədir. Coşqun Cəbrayılov özünü bu rayona müvəqqəti təyin olunmuş kimi aparır.

Ya bacarmır, yada ki, bildiyi budur!?

Qeyd edək ki, C.Cəbrayılov bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Mövzuya qayıdacağıq…

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir