Araşdırma

Kasıb ailələrin büdcəsini əlindən alıb, ailəsini dağıdan “Poz Qazan” “qumar oyunundan” necə qurtulaq?

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, “Poz Qazan” demək olar ki, bir neçə ailələrin dağılmağına səbəb olub. Bunu hamımız çox gözəl bilirik ki, “Poz Qazan” oyunlar qumar oyununun müxtəlif formasıdır:

Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib.

Xəbəral.az – a müraciət edən bir gənc ailə bildirir ki, özəl tikinti şirkətlərinin birində fəhlə işləyir. Kirayə haqqını ödəmək üçün ilədiyi yerdən müəyyən qədər pul vəsati götürüb evə gəlirdim.Metronun qarşısında “Poz Qazan” mədəni “soyğunçuluq” edərək insanların pullarını necə aldığını gördüm.Düzü əvvəl dərk etmədim.Sən demə, insanları cəlb etmək üçün, öz adamlarından birinə hazır uduş kuponu verirlər və sonra həyacanla qışqırır ki, “ura, ura” pul uddum. Mən də bilmədən başladım “Poz Qazan” qumar oynuna.Ailəmin büdcəsini, böyük əziyyətlə qazandığım kirayə haqqının hamısını uduzdum “Poz Qazan” a.

Həqiqətən dəhşətlidir!

İnsanların çətin yaşadığı bir dönəmdə “Poz Qazan” kimi qumar oyunları tamamilə adamları məhvə aparır. Kirayə haqqlarını uduzan kim, tələbə övladının illik təhsil haqqısını uduzan kim.Bir sözlə kasıb insanların bir nömrəli qənimi “Poz Qazan”.

Düzdür “Poz Qazan” Azərbaycanda qumar oyunu sayılmır, Azərloteriyanın bir qoludur.Buna baxmayaraq insanların cibindən bu yolla oğurlanan pul qumar sayılır.

Maraqlıdır, ani lotereya oyunlarına kütləvi maraq nədəndir? Həqiqətənmi vətəndaşlar ümid etdikləri böyük məbləğləri uda bilər, yoxsa bu bir tələdir?

“Bu kimi oyunlara kütləvi marağın səbəbi bir çox insanımızın pulsuz, işsiz olmasıdır. Əgər insanların normal işi olsa, başı qarışsa, evinə pul gətirsə, bu kimi oyunlarla maraqlanmazlar. Bu oyunları təşkil edənlər isə vəziyyətdən sui-istifadə edərək camaatı aldadırlar”.

“Lotereya oyunlarının təşkilatçıları həmişə düşünüb ki, necə hiylə quraq ki, daha çox pul qazanaq. İnsanlar isə asan qazanc arxasınca qaçdığından bu tələyə düşürlər. İnsanlar bir gün ərzində həmin oyunların statistikalarını izləsələr, görərlər ki, orada nə qədər oyun və uduş oldu. 

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir