Araşdırma

Binəqədi rayonundakı “İstanbul” otelinin adı dəyişdirilib “Mərmərə” oldu, amma mahiyyəti dəyişmədi… VİDEO

Sharing is caring!

Paytaxtın Binəqədi rayonunda, “Baksol” yolunun üstündə son vaxtlara kimi “İstanbul” adı ilə fəaliyyət göstərən, kafe kimi qeydiyyatdan keçərək otel kimi təqdim olunan obyektin adı dəyişdirilib. İndi bu ünvan “Mərmərə” (“Marmara hotel” olub. Ancaq ad dəyişsə də, mahiyyət dəyişməyib, “priton” kimi yenə də öz ampluasındadır.

Mənfi reputasiyalı bu obyektdə baş alıb gedən biabırçılığa, ictimai mənəviyyat əleyhinə cinayətlərə son qoyulmayıb, nədənsə bu məsələ ilə bağlı sərt addımların atılması ləngiyir.

Xatırladaq ki, obyektin ilkin sahibi Akif bəy vəfat edəndən sonra mərhumun qardaşı oğlu Samir icarəyə götürüb. Daha sonra isə sahibkarın oğulları Teymur və Seymur qardaşları idarə etməyə başlayıblar. Əslində qardaşlar əmioğlu Samir işləyən vaxtlarda da obyektdən uzaq olmayıblar və onun “əxlaqsızlıq yuvası” kimi “şöhrət” tapmasına öz “əhəmiyyətli” töhfələrini veriblər.
Zaman-zaman “İstanbul”da baş verən iyrənc işlər, daha dəqiq desək, müştərilərə yüngüləxlaq qadınların intim xidmətlərinin təklif olunması barədə aidiyyati qurumlara, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə şikayət xarakterli müraciətlər ünvanlansa da, obyektin fəaliyyəti mətbuatda, o cümlədən indi oxuduğunuz Azerinfo.az veb-saytında pislənilsə də, heç bir nəticəsi olmayıb. İmanımızı yandıra bilmərik, əldə olunan tək nəticə Vergilər Nazirliyi tərəfindən keçmiş “İstanbul”da müvafiq yoxlamanın keçirilməsi olmuşdur. Həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunmuş və vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 02.12.2013-cü il tarixli akt tərtib edilmişdir. Lakin, aşkar olunan qayda pozuntuları otelin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir.
Yaddaşları təzələmək üçün xatırladaq ki, Fərzəliyev Teymur Akif oğlu Nəsimi rayon Su İdarəsinin rəisi olub. Törətdiyi maxinasiyalara görə az qalıbmış ki, həbs olunsun. Deyilənə görə, “Azərsu” ASC-nin keçmiş rəhbəri Q.Hüseynov onu həbsdən qurtarıb. Fərzəliyev Seymur Akif oğlu isə yol-patrul xidmətinin əməkdaşı olub. 2013-2014-cü ilə qədər işləyib. Əslində adı işdə gedib, özü isə biznes fəaliyyəti ilə məşğul olub.
O da bəllidir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2013-cü ildə “İstanbulu”u “vurub”. Lakin bildirildiyinə görə, Teymurun xahişi ilə yenə Q.Hüseynov işə qarışıb, məsələnin bağlanılmasına nail olub. Verilən məlumatlarda qeyd olunur ki, Fərzəliyevlərlə Q.Hüseynov arasında ailəvi dostluq münasibətləri mövcuddur.
Gənclərin əxlaqına mənfi sirayət etməsi, ailələrin dağılmasına səbə olması ehtimalı bir yana, hazırki davam etməkdə olan pandemiya şəraitində “Mərmərə” otelinin infeksion xəstəliklərin yayılmasına rəvac verən fəaliyyəti çox ciddi problemdir. Teymur-Seymur qardaşları barədə ölçü götürülməməsi cəmiyyətdə qıcıq doğurur və formalaşmış belə bir stereotipi təsdiqləyir ki, aidiyyəti orqanların vəzifəli şəxsləri ilə hesblaşandan, “centlmen sövdələşməsinə” gedəndən sonra Azərbaycanda kim nə istəsə, eləyə bilər.
Başqa bir məsələ də var: Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsində ölkəmizə mənəvi və siyasi dəstək verən Türkiyənin adı ilə bağlı hər şeyə həssas yanaşılmalıdır. Bizim misalda “İstanbul” və (və ya) “Mərmərə” qardaş ölkənin simvollarını əks etdirir və əslində bu adlar çəkiləndə eşidən vətəndaşımızda mənfi assosiasiya doğurmamalıdır. Çox təəssüf!..
Bu günlərdə saytımızın əməkdaşları müştəri qismində axşam saatlarında “Mərmərə” kafesinə baş çəkərək təklif olunan xidmətlərlə maraqlanıblar. Onlara qeyri-leqal cinsi istismara cəlb olunmuş yüngül əxlaqlı qadınların intim xidmətindən yararlanmaq təklif olunub. Hətta obyektdə bu məqsədlə yaradılmış rahat şərait nümayiş etdirilib: Yataq dəsti olan otaqlar, çimmək üçün hamam göstərilib, çeşidli qiymətlər sadalanıb, bildirilib ki, obyektə cütlük kimi də gəlib bu şəraitdən yararlanmaq olar.
Gənclərin əxlaqına mənfi sirayət etməsi, ailələrin dağılmasına səbə olması ehtimalı bir yana, hazırki davam etməkdə olan pandemiya şəraitində “Mərmərə” otelinin infeksion xəstəliklərin yayılmasına rəvac verən fəaliyyəti çox ciddi problemdir. Teymur-Seymur qardaşları barədə ölçü götürülməməsi cəmiyyətdə qıcıq doğurur və formalaşmış belə bir stereotipi təsdiqləyir ki, aidiyyəti orqanların vəzifəli şəxsləri ilə hesblaşandan, “centlmen sövdələşməsinə” gedəndən sonra Azərbaycanda kim nə istəsə, eləyə bilər.
Başqa bir məsələ də var: Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsində ölkəmizə mənəvi və siyasi dəstək verən Türkiyənin adı ilə bağlı hər şeyə həssas yanaşılmalıdır. Bizim misalda “İstanbul” və (və ya) “Mərmərə” qardaş ölkənin simvollarını əks etdirir və əslində bu adlar çəkiləndə eşidən vətəndaşımızda mənfi assosiasiya doğurmamalıdır. Çox təəssüf!..

“Əsli ilə doğrudur!”
Baş redaktor: İbrahim Hümbətov
/azinfo.tv/ 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir