Araşdırma

Suraxanıda məhəllə yolları bərbad olduğundan uşaqlar məktəbə gedə bilmir – İcra Hakimiyyəti isə … FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, dəfələrlə Suraxanı məhəllə yollarının bərbad vəziyyət də olmağı ilə bağlı mətbuatda müxtəlif yazılar yazılsada hələ də aidiyyatı qurumlar və Suraxanı icra hakimiyyəti bu məsələyə biganə yanaşır.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağları adlanan ərazidə yaşayan sakinlər Xəbəral.az-a bildiriblər ki, bərbad küçə və yollarının olması ilə bağlı məktub ünvanlamadıqları yer qalmayıb. Sakinlər sözlərinə görə hər yerdən müsbət cavab alsa da elə bil Suraxanı icra hakimiyyəti prinsip aparır.

Amma nədənsə Suraxanı icra hakimiyyəti özlərinə yaxın saytlarda rayon məhəllə yollarının günü-gündən abadlaşması ilə bağlı tərif dolu yazılar yazdırırlar.

Nəticəsiz tərif…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sakinlərə bildiriblər ki, Suraxanı rayon icra hakimiyyəti sizin yol probleminizi öz layihələrinə salıb pul ayırsalar qısa müddətə problem öz həllini tapar.

Xəbəral.az-ın məlumatına görə, qeyd olunan ərazidə yollar çox acınacaqlı vəziyyətdədir:

“Biz sakinlər Suraxanı rayonunda “kondisioner bağları” kimi tanınan, ticarət mərkəzi ilə üz-üzə salınmış Hövsan bağlarında yaşayırıq. Uzun müddətdir ki, ara küçələrin asfaltlanması ilə bağlı aidiyyəti orqanlara, o cümlədən Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin müraciətlərimiz bu günə qədər heç bir nəticə verməyib. Ərazidə vəziyyət çox acınacaqlıdır. Belə ki, avtomobillərin ara küçələrdə mütəmadi hərəkəti və güclü külək zamanı yaranan toz kütlələri səbəbindən həyətyanı sahələrdə yaşamaq mümkün deyil. Xüsusilə qış aylarında yağıntı olan kimi günlərlə sakinlər əziyyət çəkirlər. Aidiyyəti qurumlardan bununla bağlı maraqlanan yoxdur”,-deyə onlar qeyd ediblər. 

Qış aylarında ümumiyyətlə yolların bərbadlığından orada yaşayan sakinlərin övladları məktəbə getməsinə problem yaradır.

Uşaqlar təhsildən yayınmasına baxmayaraq, Suraxanı icra hakimiyyəti sözügedən məsələyə biganə yanaşırlar.

Sakinlərin dediyi sözlərə görə bu laqeyidliyin səbəbi vətəndaşların mətbuata müraciəti olub.

Bu səbəb sakinlərin yaşadıqları küçə yollarının bərbadlığının hələ də aradan qaxlmamasına gətirib çıxarıb.

Günü-gündən inkişaf edən Azərbaycanın baxımsız küçələri.

Həmin ərazidə yaşayan sakinlərin imzalı şikayət ərizəsini sizlərə təqdim edirik.

Sözügedən ərazinin bərbad məhəllə yollarından fotolar:

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir