Araşdırma

Səfər Mehdiyevin saxın qohumu Sabirabad səhiyyəsini necə məhv edir?

Sharing is caring!

Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanası ilə bağlı uzun müddətdir ölkə mətbuatında müxtəlif şikayətlər, problemlər dərc olunur. Baş verənblərdən xəstəxana rəhbərliyinin xəbəri olmasına baxmayaraq problemlər və şikayətlər yerində qalmaqda davam edir.

Xəbəral.az xəbər verir ki, bir müddət öncə Sabirabad rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı baş verdi. Belə ki, adı müxtəlif növ korrupsiyada və qurumu idarə edə bilməməkdə hallanan Ənvər Lumanov vəzifəsindən çıxarıldı və yerinə tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynov təyin edildi. Ancaq Həsən Hüseynovun Sabirabad xəstəxanasına direktor təyin edilməsindən sonra da adı çəkilən qurumda yenə problemlər qalmaqda davam edir.

Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasıdan, daha doğrusu xəstəxananın baş direktorundan şikayətlər bitib tükənmir. Sabirabad səhiyyəsinin göstərdiyi yarıtmaz xidmətdən şikayətçi olan vətəndaşlar qeyd edirlər ki, Həsən Hüseynov və “komandası”nın sayəsində Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət  qalmayıb. Sakinləri bildirirdi ki, Sabirabad xəstəxanalarında, tibb məntəqələrində vətəndaşlar üçün hər bir xidmət pulludur və bu zaman sığortası olan xəstələr üçün belə istisnalar tanınmır. Mərkəzi Xəstəxanada və tibb məntəqələrində fəaliyyət göstərən şöbələr, o cümlədən həkimlər isə baş direktora aylıq “hesab” verirlər.

Necə deyirlər? “Köhnə hamam köhnə tas”

Xatırladaq ki, Həsən Hüseynov Bərdə və Ağcabədi səhiyyəsini bərbad vəziyyətə salan həkim kimi ölkə mətbuatının daima gündəmində olub.

Bütün olanlara baxmayaraq, Həsən Hüseynovun eks Gömrük şefi Səfər Mehdiyevlə yaxın qohumluq əlaqəsi olduğuna görə, vəzifədən kənarlaşdırılması mümkünsüzdür.

Deyilənə görə, Həsən Hüseynov Səfər Mehdiyevin bacanağıdır.

Daha ətraflı növbəti yazımız da…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir