Araşdırma

Qazax rayon mərkəzi xəstəxanasında nələr baş verir?

Sharing is caring!

 Lap əvvəllər də bu barədə çox  yazılıb, çox deyilib, lakin aidiyyəti orqanların bu məsələyə laqeyd münasibətlərii onu göstərir ki, xəstəxananın suyu yuxarıdan bulandırılır. Suyu bulandıranlar onu da düşünməlidirlər ki, bu sahədə sırf insan həyatı həll olunur.  Heç kimin xəstələnməməyi istisna deyil. Uzun illərdi ki, mərkəzi xəstəxanada yurd salmış, kimlərinsə havadarlığı ilə  xəstəxananı iflic vəziyyətinə salan baş həkim Sevda Məmmədova  insan həyatından çox ancaq özünü düşünür.  Təbii ki, yaşla əlaqədər bu yaxınlarda təqaüdə göndəriləcək bu qadın işlədiyi uzun illərdə uzun da var-dövlət sahibi olub. Oturduğu yerdən zorla qalxan Məmmədova  xəstəxananın hesabına  qarşısına qoyduğu bütün şəxsi məqsədlərinə yekdilliklə çatıb. Onun bu yaxın müddət ərzində işə qəbul etdiyi süpürgəçidən tutmuş digər işçilərinin siyahısı ağlagəməzdir. Əksər işçilərin də ixtisas uyğunluğu qəti surətdə düz gəlmir. Qəribədir, bu məsələ ilə niyə maraqlanılmır?
   Azmış kimi xəstəxanaya yeni təyin olunan inzibai işlər üzrə müavin Etibar  Sarıyevdən də redaksiyamıza şikayətlər daxil oldu. Bu adam öz dediyinə görə TƏBİB-in sədri Vüqar Qurbanovun sırf adamıdır. İşçilər arasında tez-tez  “mən Vüqar Qurbanovun görən gözü, eşidən qulağıyam” sözlərini dilə gətirir.  Verilən məlumata görə Etibar  Sarıyev  Tovuz rayonunda maliyyə kimi “təmiz” yerlərdən olan idarədə  müdir vəzifəsində çalışıb. Yeni təyin olunduğu vəzifəyə də Tovuzdan gəlib-gedir. Yəni, Qazaxda  inzibati işləri bacaran bir kadr yox idimi ki, TƏBİB-n sədri Vüqar Qurbanov Tovuzun arxivindən bu kadrı  tapıb?
   Üstəlik, Etibar  Sarıyev   tez-tez onu da vurğulayıb  ki, əlavə olaraq 2 nəfər də kadr Tovuzdan gətirəcəyəm.  Atalar demişkən: “yanlıc olar, yalan olmaz”.  Belə çıxır ki, respublikada rayonlar arasında ön sırada gedən Qazaxda artıq kadr çatışmazlığıdır. 
   Yazı çapa gedərkən siqnal gəldi ki, Etibar Sarıyev artıq kadrlarını gətirib. Buna da bir söz demirik. Bəs xəstəxanaya işə düzəlmək üçün növbədə dayanan şəhid ailələrinin və qazi övladlarının balaları harda qaldı?  Elə isə işə düzəlmək üçün növbə nəyə lazım imiş?

Onu da bildirirlər ki, xəstəxana TƏBİB-in nəzarətinə keçəndən xəstəxananın baş həkimi Sevda Məmmədova görünməyən “müqavilələrlə” özəl tibb məktəblərini qurtaran tibb işçilərini haradan gəldi işə qəbul edib. Sonradan səsi çıxanda ki, dövlət tibb müəssələrində ancaq dövlət məktəblərini qurtaranlar işləyə bilər, onda Sevda Məmmədova məlum səbəblərdən işə götürdüklərini azad etmək əvəzinə, onları hara gəldi yerləşdirməli olub. Məsələnin mahiyyətini bilməyənlər isə, bunu Sevda Məmmədovanın “humanist addımı” kimi başa düşürlər…
    Bundan əlavə, bu günlərdə Sevda Məmmədovanın qəbuluna gedən antiterror əməliyyatı zamanı şəhid olmuş Əhmədov Elvin Qələndər oğlunun bibisinin də otaqdan qovulduğu bildirilir.   Görünür Qazax mərkəzi xəstəxanasında olmazın olaylar baş verir. Hərə öz kefinə görə bir bəydir. Hər kəs də xəstəxanada ağlıkəsən tərzdə işləyir. Necə deyərlər: “meşəbəyi yatıb, meşə batıb”.
    Bəs TƏBİB-in sədri Vüqar Qurbanov hara baxır? Kadr dərdindən mərkəzi xəstəxanaya inzibati işlər üzrə müavin göndərilən  Etibar Sarıyev    doğurdanmı Vüqar Qurbanovun adamıdır? 
    Prezident İlham Əliyev belə hallara qarşı mübarizə apardığı bir zamanda  özbaşınalıqlara  yol verilməsi necə başa düşülür?
   Məqalədə adları çəkilən məsul şəxslərin də fikirlərini dinləməyə və dərc etməyə hazırıq.
                                                                                                                
     Elnur   Sadiq
P.S. Məsələni diqqətdə saxlayacayıq.

Mənbə: ATİA.AZ

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir