Araşdırma

“Trendyol” başımıza necə oyun açır?

Sharing is caring!

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “haqsız rəqabətçini” tapıb. Ötən gün Antiinhisar Dövlət Xidmətinin bir rəsmisi  Türkiyənin Trendyol platformasının Azərbaycanda haqsız rəqabət mühiti yaratdığını və ona qarşı tədbirlər görülə biləcəyini açıqlayıb. Son illər Azərbaycanda yüzlərlə karqo (daşıma) şirkətləri yaranıb. Hazırda təxminən 200-dək belə şirkətlər var. Azərbaycan vətəndaşları e-ticarət yolu ilə bu karqolarla xaricdən, Çindən, Avropadan və ABŞ-dan, Türkiyədən, o cümlədən bu ölkənin Trendyol platformasından  şəxsi məqsədlər üçün müxtəlif mallar alırlar. Maraqlıdır ki, vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. İndi, görünür ki, bu sahədə yaranmış situasiya kimlərisə narahat edib”.

Xəbəral.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.

“Antiinhisar Dövlət  Xidmətinin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etmişdi. Biz də dəstək verirdik bu quruma. Ümid edirdik ki, bu Xidmət  17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum  bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərarlar oldu. İnhisarçılar bu qurumu saya almağa başlamışdılar.  Vətəndaş Cəmiyyəti ilə əlaqələr güclənmişdi. Amma son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Elə son vaxtlardakı tədbirləri də göstərdi ki, güman ki, deyəcək bir şeyləri də olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri kəsiblər. Beləliklə, görünür ki, hökumət hələlik , necə deyərlər “kəşfiyyat” aparır. “Haqsız rəqabətçi Trendyol” ilə bağlı bir rəsmi mövqe yoxdur. Yalnız Antiinhisar Dövlət Xidmətinin bir nümayəndəsi bir tədbirdə  sözü gedən fikri səsləndirib. Ümid edək, hökumət,  İqtisadiyyat Nazirliyi, yaxud elə Antiinhisar qurum cəmiyyəti narahat edən  bu məsələ ilə bağlı rəsmi bir açıqlama verəcəklər”, – O.Gündüz qeyd edib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir