Araşdırma

Vüqar Qurbanov yerinə Təbib sədri Emin Xasıyev gətirilir? – ARAŞDIRMA

Sharing is caring!

Xəbəral.az-a etibarlı mənbələrdən verilən məlumata görə, bu yaxınlarda Təbib sədrliyində dəyişiklik olacaq.

Əldə etdiyimiz məlumata görə, Tibb müəssisələrinin kadr idarəetməsi şöbəsinin müdiri Emin Xasıyev  Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sədr təyin ediləcəyi gözlənilir.

Nəzərinizə çatdıraq ki, bundan öncə isə adına Respublika Klinik Xəstəxanasında kadrlar şöbəsinin müdiri olub. Emin Xasıyevin dövründə də həmin xəstəxanada yeyintilər baş vermişdi.

2018-2021-ci ildə Yevlax Mərkəzi xəstəxanasında kadrlar şöbəsinin müdiri vəzifəsində işləyən Emin Xasıyev indi Təbib də yüksək vəzifədədir.

Əldə etdiyimiz məlumata görə, Emin Xasıyevin bu boyda maxinasıyaları qarşılıgında yenidən yüksək vəzifəyə təyin olunması onun Təbib sədri Vüqar Qurbanovla yaxın dostluğundan xəbər verir.

Hal-hazırda da Təbib sədri Vüqar Qurbanov vəzifədən gedəcəyini bilib, Emin Xasıyevi öncə Təbib Kadrlar şöbəsinə rəis, daha sonra isə Təbibə sədr öz yerinə hazırlayır.

Xəbəral.az-ın məlumatına görə, yaxın aylarda Tibb müəssisələrinin kadr idarəetməsi şöbəsinin müdiri Emin Xasıyev  Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sədr təyin ediləcəyi reallaşacaq.

Bizdən gözləmək qalır…

Xəbəral.az sözugedən məsələ ilə bağlı qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir