Araşdırma

Medianın İnkişaf Agentliyi”nin şübhəli tenderində qalib olan şirkətə bu dəfə 86 min ayrıldı – Təfərrüat

Sharing is caring!

Heydər Əliyev Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “MAS” MMC (VÖEN – 5101061641) olub.
Xəbəral.az xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tenderin ümumi dəyəri 86 min 234 manat 40 qəpik olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “MAS” MMC Heydər Əliyev Mərkəzində tətbiq olunan elektron idarəetmə proqramlarına il ərzində texniki xidmətlər göstərəcək.
Məlumat üçün bildirək ki, 86 minlik tenderin qalibi olan “MAS” MMC 26.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 34, m. 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi Useynov Vidadi Hüseyn oğludur.
Onu da qeyd edək ki, “MAS” MMC-nin adı daha əvvəl “Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi”nin (MEDİA Agentliyi) tərəfindən keçirilən 98 min 700 manatlıq şübhəli tender müsabiqəsində hallanıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir