Araşdırma

Xətai rayon icra hakimiyyəti əhalini necə aldatdı?

Sharing is caring!

Xətai Rayon İcra Hakimiyyətinə qarşı ciddi ittihamlar

Xətai rayonu Nobel prospekti bina 80-nin sakinləri səhifəmizə müraciət edərək, rayonun icra hakimiyyətindən ciddi narazılıqlarını bildiriblər.

Sakinlər iddia edirlər ki, binanın söküntüsü zamanı ciddi korrupsiya hallarına yol verilib. Onlar bildiriblər ki, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək. Bu səbəbdən sakinlərə xəbərdarlıq olunub ki, gəlin, razılıq sənədlərinə qol çəkin, əks təqdirdə binada komunal xidmətlər dayandırılacaq. Sakinlər məcbur qalıb, sənədə qol çəkiblər, lakin sonrada müəyyən məqamlar üzə çıxıb. Onlar iddia edirlər ki, bəzi sakinlərə hər kvadrat üçün 2000 manatdan ödəniş olunub və həmin sakinlərə tapşırılıb ki, digər qonşular bundan məlumatlı olmasın. Xəbər isə qısa müddətdə yayılıb.

Sakinlər bildirirlər ki, onlar verilən kompensasiyanın azlığı səbəbindən özlərinə hələ də mənzil ala bilməyiblər. İcradan kompensasiya təkrar baxılması istəklərinə isə müsbət cavab verilmir.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir