Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Ölkədə sonuncu parlament seçkiləri növbədənkənar qaydada 2020-ci ilin fevral ayında keçirildiyi üçün növbəti parlament seçkilərinin hansı ilin noyabr ayında keçirilməsi ictimai müzakirələrə səbəb olur. Azərbaycanda növbəti parlament seçkilərinin nə vaxt keçiriləcəyi hələlik məlum deyil. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan […]
Balakəndə 4 yaşlı qızı avtomobil vuraraq öldürüb. APA xəbər verir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az
İraq Respublikası Prezidentinin Azərbaycana səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına səbəb olub. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Səfər çərçivəsində aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir. Noyabrın […]