Sharing is caring!
Oxşar Xəbərlər
Separatçılar Qarabağdan qaçırlar – Xəbərlərin 15:00 buraxılışı
Posted on Author Xeberal.az
Baku TV-nin efirində xəbər vaxtıdır. Separatçılar Qarabağdan qaçırlar. Arayik Arutyunyanın qızları Xankəndini birdəfəlik tərk etdilər. Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar saxlanıldı. Daxili İşlər Nazirliyi cinayətin detallarını açıqladı. “Hövsan yolu niyə qaranlığa qərq olur? Daha ətraflı BAKU NEWS-un 15:00 buraxılışında: Xeberal.az
Gəncədə avtomobillər toqquşudu: Xəsarət alanlar var
Posted on Author Xeberal.az
Gəncə şəhərinin Tağı Arani küçəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, VAZ-2106 və “Renault” markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü E.Quliyeva və 1993-cü il təvəllüdlü R.Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti kafi, digərinin vəziyyəti isə qənaətbəxş hesab olunur. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
“Doktor Strenc” filminin ulduzu pedofiliyada günahkar bilindi
Posted on Author Xeberal.az
“Doktor Strenc” filminin ulduzu Zara Pitian və onun əri Viktor Mark 13 yaşlı qızı aldatmaqda təqsirli biliniblər. Artıq yetkinlik yaşına çatmış zərərçəkənin sözlərinə görə, Viktor onunla ən azı 20 dəfə cinsi əlaqədə olub. Markın özü isə iddia edir ki, bu, qızın artıq 18 yaşı olandan sonra razılıq əsasında baş verib. Zərərçəkmiş bildirib ki, o, müntəzəm […]