Son günlərdə Prezident İlham Əliyevin məmurların Şuşa şəhəri barəsində təkliflərini tənqid etməsi mətbuatda geniş yer aldı. Prezident tənqid etdiyi məmurlar arasında Kəmaləddin Heydərovun da adını çəkdi. Fövqəladə Hallar nazirinin Prezident İlham Əliyev tərəfindən tənqid edilməsi sözün əsl mənasında rezonans yaratdı. Amma bu ilk belə hal deyil. XəbərAl.az xatırladır ki, Kəmaləddin Heydərov Heydər Əliyevin Prezidentliyi dövründə ulu öndər […]
Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın bütün orta məktəblərində dərslər yarımçıq dayandırılıb. Buna səbəb hüquq-mühafizə orqanlarına daxil olan zənglə məktəblərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq olub. “Bütün orta təhsil müəssisələrindən şagirdlərin təxliyəsi təşkil edilib”, – Mahaçqala şəhər administrasiyasının yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, hazırda xüsusi xidmət orqanlarının əməkdaşları məktəblərin ərazisində yoxlamalar həyata keçirirlər. Mənbə: TASS Xeberal.az
Fevralın 10-da Xırdalan şəhərində 3 nəfər Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yaymaqla hədələyib 1350 manatını alıblar. Bu barədə Daxil İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər […]