Dünya

Mahaçqalada bomba həyəcanı: Məktəblərdə dərslər yarımçıq dayandırılıb

Sharing is caring!

Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın bütün orta məktəblərində dərslər yarımçıq dayandırılıb.

Buna səbəb hüquq-mühafizə orqanlarına daxil olan zənglə məktəblərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq olub.

“Bütün orta təhsil müəssisələrindən şagirdlərin təxliyəsi təşkil edilib”, – Mahaçqala şəhər administrasiyasının yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, hazırda xüsusi xidmət orqanlarının əməkdaşları məktəblərin ərazisində yoxlamalar həyata keçirirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir