“Döyüşdə ancaq irəli getməyi düşünürsən. Vətən sevgisi hər şeyi üstələyir. Arzumuz irəli gedib, torpaqlarımızı azad etmək idi. Buna da nail olduq”. Bu sözləri Oxu.Az-a müsahibəsində Vətən müharibəsinin iştirakçısı Vasif Musayev deyib. Musayev Vasif Namiq oğlu 2000-ci il sentyabrın 7-də Zərdab rayonunda anadan olub. Abşeron rayonun Xırdalan şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə orta təhsilini […]
Şəmkir rayonunda həmkəndlilər arasında mübahisə düşüb, üç nəfər xəsarət alıb. “Report”un məlumatına görə, Morul kəndində M.Mayılovla həmkəndliləri – Y.Sadıqov və N.Zeynalova arasında yaranmış mübahisə zəminində tərəflər bir-birinə xəsarət yetirib. Hər üçü xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,27 ABŞ dolları, yaxud 0,32% artaraq 84,21 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də […]