İran Yaxın Şərqdə gərginliyin artmasını arzulamır. XəbərAl.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Şindzo Abe ilə görüşü zamanı İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. “İran Yaponiya hökumətinin Yaxın Şərqdə gərginliyi azaltmaq istiqamətindəki rolunu alqışlayır. Biz heç bir halda gərginliyin artmasını arzulamırıq”, – deyə o bildirib.
Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı Səfirliyi fevralın 22-də Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirib. Səfirlikdən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə faciəni əks etdirən foto-sərgi nümayiş etdirilib. Xocalı soyqırımına dair alman dilində səfirliyin hazırladığı qısa filmin nümayişi ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ilk öncə tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının […]
“Dağlıq Qarabağda həyata keçiriləcək turların peşəkar səviyyədə təşkil edilməsi üçün Qarabağ üzrə ilk bələdçilər hazırlanır. Artıq, ilk 25 nəfər üçün təlimlər keçməyə başlamışıq”. Bu sözləri Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı böyük bərpa və inkişaf prosesinin tərkib hissəsi olacaq: “Turizmin […]