Yay mövsümü başlayan kimi qızmar günlərdə istirahət etmək üçün insanların üz tutduğu yerlərdən biri də Dənizkənarı Bulvar və digər dəniz mənzərəli istirahət mərkəzləri, restoranlar olur. Lakin mövsüm açılar-açılmaz sözügedən iaşə obyektlərində qiymətlərdə kəskin artım müşahidə olunur. Hətta Dağüstü Park və bulvar ərazilərindəki restoranlarda adi çay menyusunun qiyməti belə insanları şoka salır. Şəhər sakini Amil Məmmədovun sözlərinə görə, […]
Oktyabrın 12-də Binəqədi rayonu Sulutəpə qəsəbəsində bacısını qətlə yetirən şəxsin qonşuları danışıblar. Onlar, 2003-cü il təvəllüdlü İlahə Kərimovanı öldürən 2004-cü il təvəllüdlü Həsən Kərimovun sakit biri olduğunu, baş verən hadisədən təəccübləndiklərini bildiriblər. Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, oktyabrın 12-si saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla 2004-cü […]
Somalidə prezident seçkiləri başa çatıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, Prezident Mohamed Abdullah Farmajo və keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud növbəti tura keçən namizədlər olub. Paytaxt Moqadişoda keçirilən seçkilərin ikinci turunda keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud 110 səslə birinci, prezident Mohammed Abdullah Fermajo 83, keçmiş baş nazir Həsən Əli Hayri […]