“Kinonun mənə ehtiyacı var”. Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) deyib. Xatırladaq ki, may ayının 30-da Əməkdar artist Elxan Qasımovun vida mərasimində, Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) səhhəti ilə əlaqədar Masallıda yaşadığını dilə gətirib. Dostunun ani ölüm xəbəri üçün Bakıya gəldiyini söyləyib. Onun sözlərinə görə, hazırda sağlamlıq qurumunda irəliləyiş var: “Səhhətimdə […]
Moskvanın (Rusiya) yeraltı kommunikasiyalarından keçərkən bir qrup yeniyetmə itkin düşüb, ölənlər var. Məlumata görə, Moskvada güclü leysan olub. Bu səbəbdən kollektorlarda suyun səviyyəsi yüksəlib. Nəticədə ekskursiyada olan gənclərdən itkin düşənlər, ölənlər olub. Bir neçə nəfərin cəsədi Moskva çayının sularında tapılıb, itkin düşənlərin axtarışı isə davam etdirilir. Mənbə: İzvestiya Xeberal.az
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub. Aytac Qasımova Xeberal.az