Yapon dənizi sahillərindəki Yaponiyanın Noto yarımadası yaxınlığında baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 232-yə çatıb. Bu barədə İşikava prefekturasının rəsmiləri məlumat yayıb. Bundan əvvəl 222 nəfərin öldüyü barədə xəbər yayılmışdı. Ən azı 21 nəfər itkin düşənlər siyahısındadır. Qeyd edək ki, zəlzələdə 1036 nəfər xəsarət alıb, 15 mindən çox ev qismən və ya tamamilə dağılıb. […]
Macarıstan ölkənin daşınmaz əmlakına investisiya qoymağa hazır olanlara yaşayış icazəsi təklif edəcək. Bu sxem altı il əvvəl – 2017-ci ildə Budapeşt tərəfindən bu sahədə korrupsiya iddialarına görə dayandırılıb. Sxem yerli daşınmaz əmlak fondlarına ən azı 250.000 avro və ya Macarıstan daşınmaz əmlakına 500.000 avro investisiya qoymaq istəyən xarici vətəndaşlara 10 illik bərpa olunan yaşayış icazəsi […]
Sevgilisinin külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinərək doqquz il həbs cəzası verilmiş Sevinc Bədəlovanın şikayəti üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə tərəflər yenidən dindiriliblər, dəlil və sübutlar təkrar gözdən keçirilib. Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsinin […]