Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəfləri Konfransı (COP27) öz işinə başlayıb. Oxu.Az xəbər verir ki, konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Noyabrın 18-dək davam edəcək konfransın əsas mövzuları iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma, müvafiq sahənin maliyyələşdirilməsi […]
Ötən gün Qarabağda baş verən toqquşmalarda ağır yaralanan erməni separatçılar İrəvanın mərkəzi klinik hərbi hospitalına yerləşdiriliblər. Verilən son məlumata görə, ötən gün ordumuzun keçirdiyi “Qisas” əməliyyatı nəticəsində 19 separatçı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Xəstəxanadan bildirilib ki, yaraqlıların əksəriyyəti qəlpə xəsarəti alıb. Onların bəziləri artıq əməliyyat olunub. Mənbə: “Sputnik” Ermənistan Xeberal.az
Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina etməkdə ittiham olunub. “Report” xəbər verir ki, bununla bağlı müraciət “Phuket Top Team” məşq komandasının sosial şəbəkədəki səhifəsində yerləşdirilib. Müraciət, əsasən, Fiziyevin növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin Getjiyə ünvanlanıb: “Fiziyevin ev sahibinə kirayə borcu var. Yazdı ki, ödəyəcəyəm, amma ödəmədi. O bu faktı […]