Ana Səhfə

Jurnalist Mirismayıl Xələfi Prezidentə müracət etdi

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab 
İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin  milli dövlətçilik kursunu davam etdirərək həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayır. Cəmiyyətimizdəki sabitlik və inkişaf mühitinə, bütün bunların həyatımızda yaratdığı çoxsaylı müsbət dəyişikliklərə görə bir vətəndaş olaraq Sizə ailəm adından dərin minnətdarlığımı yetirir, müstəqil dövlətimizin xoş gələcəyi naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

2005 2006-ci ildən mətbutda fəaliyyətlə məşğul olan bir şəxs kimi, özümü o şanslı jurnalistlərimizdən sanıram ki, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesinin bir çox mərhələləri yazılarımda öz əksini tapmış, bu şərəfli tarixin yazılı salnaməsinin yaradılmasında az-çox iştirak etmişəm.
2008-cü ilin prezident seçkisi ərəfəsində, Azərbaycanın XXI əsrdə Sizin rəhbərliyiniz altında əldə edə biləcəyi tarixi nailiyyətlərlə bağlı “Müstəqil Press” qəzetindəki yazılarımda ifadə olunmuş böyük ümidlərin bu gün düşündüyümdən də parlaq şəkildə özünü doğrultması peşə fəaliyyətimin əlamətdar məqamlarıdır.

Möhtərəm cənab Prezident!
14 ildir jurnalist fəaliyyəti ilə məşğulam. Ölkənin ən aparıcı media qurumlarında çalışmış, 2014-ci ildən Xəbəral saytında fəaliyyət göstərirəm  və adı cəkilən bu sayıtın redaktor işləyirəm. İmkanlarım daxilində dövlətimizə və dövlətçiliyimizə xidmət etməyə çalışıram.

Zati-Aliləri!
2002-cı ildən bəri – düz 17 ildir ki, Bakıda kirayədə yaşayıram. Bu illər ərzində özüm də, ailə üzvlərim də mənzilsizlikdən çox əziyyət çəkmişik və indi də bu əziyyətlərlə baş-başayıq. Ağır maddi durumumla mənzil problemimi nə vaxtsa öz imkanlarım hesabıma həll edəcəyimə daha heç bir ümidim yoxdur. İndi özümün 36,  oğlumun 9,xəstə qızımın isə 10 yaşı var. Oqlumu Azərbaycan Ordusuna darısqal kirayə evdən deyil, cənab Ali Baş Komandanın jurnalist atasına hədiyyə etdiyi öz mənzilimizdən əsgər getməsi ən böyük arzumdur.

Həyatımdakı ən böyük şəxsi problemin həllində kömək göstərməyinizi, jurnalistlər üçün tikilmiş yeni binada mənzillə təmin olunmağıma dəstək verməyinizi Sizdən dönə-dönə xahiş edirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun.

Dərin ehtiramla,Mirismayıl Xələfi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir