AKTUAL

Abşeron rayon Hökməli qəsəbəsinin zibillik problemi öz həllini tapdı – Fotolar

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Abşeron rayonu Hökməli qəsəbəsinin məhlə içi yollarına xırda daşlar tökülür, küçələrə isə zibil qabları qoyulur.

İllərdir Hökməli qəsəbəsinin məhlə içi küçələr də olan zibillik problemi öz həllini tapıb.

Xəbəral.az – ın məlumatına görə, Abşeron icra başçısı Abdin Fərzəliyevin göstərişinə əsasən Hökməli qəsəbəsinin ara yollarına xırda daşlar tökülərək əsaslı təmir olunur.

Hökməli də ara küçələrin, yolların əsaslı təmiri qəsəbə sakinlərinin sevincinə səbəb olub.

Qəsəbə ərazi icra nümayəndəsi və Bələdiyyə sədrinin saytımıza verdiyi məlumata görə, sözügedən abadlıq, quruculuq işləri mütamadi olaraq digər məhəllə yollarında davam etdiriləcək.

Xatırladaq ki, Hökməli qəsəbəsinin məhəllə içi yollarının zibillik problemi çoxdandır ki, öz həllini tapmırdı. Görülən abadlıq quruculuq işləri birbaşa, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstərişi ilə həyata keçirilir.

Bizdə Xəbəral.az saytı olaraq Hökməli qəsəbə sakinlərinin adından rayon rəhbərliyinə və bu işdə zəhməti olan hər kəsə öz dərin təşəkkürmizi bildiririk.

Nəzərinizə çatdıraq ki, məhəllə yollarının zibillik problemini ən çox Xəbəral.az saytı işıqlandırıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir