AKTUAL

DTX tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

Sharing is caring!

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

Məlumdur ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir