AKTUAL

“Partlayışdan sonra Aysel içəri girərək Merlini axtarıb”

Sharing is caring!

“Əsas əli və ayaqları yanıb. Min şükür, bu günə şükür, başqa cür də ola bilərdi. Ölə, əlini, ayağını itirə də bilərdi. Belə yaxşı qurtardı”.

Xəbəral.az xəbər verir ki, bu sözləri bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov sosial şəbəkədə canlı yayımda deyib. Oqtay “Location” gecə klubunda olan partlayışda xəsarət alan Ayselin səhhətindən danışıb.

O bildirib ki , blogerin çox xəsarət almasına səbəb onun partlayışdan sonra yenidən içəri girərək model Təranə Rzayevanı (Merlin) axtarması olub:
“Partlayışdan sonra hamı çöldə olub. Merlin içəridə daş altında qalıb, Aysel girib onu axtarıb. Orada qaz, qoxu ciyərlərinə gedib”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir