AKTUAL

Ceyhun Nəbi “Sözcü.az” saytına redaktor təyin edildi

Dəyərli dostumuz, Cümhuriyyət Siyasi Düşüncə mərkəzinin sədri, Cümhuriyyət tarixinin araşdırmaçısı Ceyhun Nəbi “Sözcü.az” saytının redaktoru vəzifəsini öz üzərinə götürdü . Ceyhun bəyə təşəkkür edir və uğurlar arzu edirik. İnanırıq ki, Ceyhun bəyin rəhbərliyi ilə “Sözcü.az” saytı daha geniş formada yeni layihələrlə fəaliyyət göstərərək, cəmiyyətimizin diqqət mərkəzində olan xəbər saytı olacaq.

Xatırladaq ki, Ceyhun Nəbi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Sovetlərlə üz-üzə” kitabının və Azərbaycan Cümhuriyyətinin qurucu rəhbərlərindən Nəsib bəy Yusifbəylinin siyasi və eşq yaşamından bəhs edən “Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan” adlı romanının müəllifidir.

Ceyhun Nəbinin “Sözcü.az” ilə yayımlanan və layihə rəhbəri olduğu “İZ” layihəsi Azərbaycan və qardaş Türkiyə ziyalıları tərəfindən maraqla qarşılanmışdır.

Uğurlar arzu edirik!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir