AKTUAL

Fransa Senatı naziri təcili hesabata çağırdı

Fransanın Daxili İşlər naziri Kristofer Kastaner və Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunyes Fransa Senatında dinləmələrə çağırılıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Fransa parlamentinin Mətbuat Xidməti yayıb. Nazir və dövlət katibi kütləvi iğtişaşlar, polisin etirazçılara qarşı güc tətbiqi barədə hesabat verəcəklər.

Qeyd edək ki, dünən Fransada “sarı jiletlilər”in aksiyası zamanı polislə etirazçılar arasında böyük toqquşmalar yaşanıb. Toqquşmalar nəticəsin 412 nəfər həbs edilib.